Daşkəsəndə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan tədbir keçirilib
02.04.2026 [17:14]
Aprelin 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin, rayon Gənclər və İdman sektorunun və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Aprel döyüşlərinin 10 illiyində şəhidlərimizin xatirəsinin anılması və xalqımızın şanlı Zəfər salnaməsini gənc nəslə çatdırmaq məqsədi daşıyıb.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda diqqətə çatdırılıb ki, 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələnən döyüşlərin 10 illiyi xalqımızın böyük Zəfərə gedən yolunun və sarsılmaz iradəsinin rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri aprel döyüşləri zamanı düşmən təxribatının qarşısı uğurla almış, uzun illər erməni işğalçılarının nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olunmuş, ümumilikdə işğal altındakı ərazilərin 2 min hektardan çoxu düşməndən təmizlənmişdir. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırılmışdır. Prezident cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verilmişdir. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirmişdir. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrilmişdir. Məhz Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə 11 min hektarlıq ərazi azad edilmiş, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirilmiş, 2020-ci ildə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alınmış, düşmənə sarsıdıcı zərbələr vurulmuşdur. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnmiş, düşmən döyüş meydanlarında darmadağın edilmiş, şəhidlərimizin qisası alınaraq tarixi ədalət bərpa edilmişdir. 2023-cü ilin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuşdur. Odur ki, Aprel döyüşləri xalqımızın əldə olunan parlaq Qələbələrinin təməlidir. 10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Yeni dövrün əsas hədəflərindən biri bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirmək, soydaşlarımızın qayıdış ünvanlarının sayını artırmaqdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, artıq 9 şəhər – Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı, Xankəndi və Xocavənd sakinlərinə qovuşub. Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.
Aprel döyüşçüləri Elmar Bayramov, Arzu Abdullayev, Vətən müharibəsi qazisi Ceyhun Əliyev isə döyüş yolları barədə söz açaraq xatirələrini bölüşüblər.
Sonda Aprel döyüşlərinə həsr olunmuş “Şanlı Zəfərə gedən yolun başlanğıcı” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17

