Ən qədim və ən böyük beynəlxalq parlament təşkilatı...
17.04.2026 [12:44]
İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası keçirilib
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, güclü ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzlərdən birinə çevirməkdədir.
Qeyd edək ki, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Başqa sözlə, parlament diplomatiyası dövlətimizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Milli Məclisin fəal əməkdaşlıq etdiyi təşkilatlardan biri də Parlamentlərarası İttifaqdır. Qeyd edək ki, İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası keçirilib. Bu il Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirdə “Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması” mövzusu müzakirə edilib. Ümumilikdə 160-a yaxın ölkənin qatıldığı tədbirdə parlament sədrləri və deputatlar da daxil olmaqla 2400-dən çox nümayəndə iştirak edib. Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində Assambleya sessiyaları, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər daxil olmaqla 80-dən çox tədbir keçirilib.
Qeyd edək ki, bu, İttifaqın İstanbulda keçirilən dördüncü Assambleyasıdır. Bundan əvvəlki tədbirlər 1934, 1951 və 1996-cı illərdə təşkil edilib. Tədbirin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ-nin prezidenti Tulia Akson, PAİ-nin baş katibi Martin Çunqonq və BMT-nin koordinatoru Babatunde Ahonsi çıxış edərək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər.
Toplantıda “Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması” istiqamətində parlamentlərin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təşəbbüslər müzakirə edilərək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Xatırladaq ki, Parlamentlərarası İttifaq ən qədim və ən böyük beynəlxalq parlament təşkilatıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 179 ölkəsinin parlamentarilərini və bır sıra parlamentlərarası təşkilatı birləşdirir. Dünyada ən nüfuzlu parlament təşkilatlarından biri olan Parlamentlərarası İttifaq öz fəaliyyətində parlamentarizmin inkişafına, insan haqlarına riayət edilməsinə, həmçinin millətlərarası sülhün bərqərar olmasına və beynəlxalq təhlükəsizliyin qorunub saxlanmasına kömək edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58

