Sülh Azərbaycan və Ermənistan üçün bölgədə yeni reallıq yaradacaq – ŞƏRH
13.05.2026 [15:17]
Azərbaycan–Ermənistan sülh prosesinin qarantı əslində Azərbaycandır. Uzun müddətdir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir, ötən il Vaşinqtonda sülh sazişinin mətni paraflanıb. Belə bir halda Avropa İttifaqına üzv bəzi ölkələrin prosesi dəstəkləmək əvəzinə, onun ləngiməsinə səbəb olan addımlar atması sülhə xidmət etmir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Perespektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib.
R. Qonaqov qeyd edib ki, əgər sülh prosesi gedirsə, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edərək zəruri addımlar atırsa, o zaman Avropa missiyasının bölgədə sülh adı altında vəziyyəti gərginləşdirməkdən başqa hansısa real xidməti görünmür. Bu isə göstərir ki, Avropa strukturları heç zaman Azərbaycan və Ermənistanla səmimi və balanslı mövqe sərgiləməyiblər.
“Eyni yanaşmanı biz Ukrayna–Rusiya müharibəsində də müşahidə etdik. Orada da yanlış mövqelər nəticəsində proseslər daha da mürəkkəbləşdi. Bu baxımdan, bölgəmizdə də Azərbaycan-Ermənistan münasibətlərində Avropa missiyasının fəaliyyəti xoşməramlı təsir bağışlamır. Bu missiyanın əsas siyasi dəstəkçisi kimi Fransa çıxış edir və son illərdə aparılan sülh proseslərində Fransanın mövqeyi hamıya məlumdur", - deyə o bildirib.
Politoloq qeyd edib ki, əgər Ermənistanda revanşist qüvvələr yenidən hakimiyyətə gələrsə və Azərbaycana qarşı yeni iddialar və təxribatlar olarsa, Azərbaycan bütün zəruri və önləyici tədbirləri görəcək.
“2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz mövqeyini birmənalı şəkildə ortaya qoydu və uzun illər davam edən işğala son verdi. Bu proses, eyni zamanda, bölgədə tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu.
Bu qələbənin miqyası və tarixi əhəmiyyəti bəziləri tərəfindən tam dərk olunmaya bilər, lakin reallıq ondan ibarətdir ki, 2020-ci il qələbəsi regionda yeni geosiyasi vəziyyət formalaşdırdı.
Yaxın zamanlarda yekunlaşdırılması planlaşdırılan sülh prosesi həm Ermənistan, həm də Azərbaycan üçün bölgədə yeni reallıq yaradacaq”, deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

