Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

08.06.2026 [10:57]

Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, KXDR lideri Kim Çen Inın dəvəti əsasında baş tutan səfər iki gün davam edəcək. Bu, ÇXR Sədri Si Cinpinin cari ildə ilk xarici səfəri olmaqla yanaşı, həm də onun Çin lideri kimi Şimali Koreyaya 2-ci səfəri olacaq. Bundan əvvəl, o, 2019-cu ildə Şimali Koreyada səfərdə olub.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çində səfərdə olarkən iki ölkənin liderinin görüşü olub. İki ölkə arasında sıx siyasi, iqtisadi münasibətlər var. Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 65-ci ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30