Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq
17.06.2026 [20:25]
Hörmüz boğazının açılması barəsində ABŞ ilə İran arasında əldə olunan razılaşmadan sonra Qətər şirkətləri müharibədən əvvəl limanlardan çıxan və boğazın bağlanması ilə əlaqədar olaraq geri qayıda bilməyən qaz tankerlərini geri çağırıb.
AZƏRTAC xəbər verir ki, Qətərdən sıxılmış qaz (LNG) daşıyan tankerlər ixrac olunan qazı Avropanın qaz anbarlarına ötürdükdən sonra qayıda bilməyərək müxtəlif liman və terminallarda gözləmə mövqeyində dayanmışdılar.
Oman sahilində qalan 4 qaz tankeri bu gün Qətərə doğru üzməyə başlayıb. Hörmüz boğazının açılması neft ilə yanaşı, dünya bazarında qazın da qiymətinə təsirsiz ötüşməyəcək. Yay mövsümü ilə əlaqədar hələlik qiymətlər sabitdir. Hazırda Niderlandın TTF habında 1000 kubmetr qazın qiyməti 480, ABŞ-nin “Henri Hub” habında isə 135 dollara satılır.
Mütəxəssislərin fikrincə, Körfəzdə yaranan sabitlikdən sonra ilk qaz tankerinin Avropaya çatması ilə yanaşı qiymətlərdə enmə müşahidə olunacaq. Bir məsələni qeyd etmək lazımdır ki, kəmər vasitəsilə Avropaya daxil olan təbii qazın qiyməti ilə LNG-nin qiyməti fərqlənir ki, bunun da əsasında nəqliyyat məsələsi dayanır. Rusiyadan kəmər vasitəsilə Avropaya daxil olan qazın qiyməti ucuz başa gəlirdi. Lakin Ukrayna müharibəsindən sonra Rusiyadan qaz almaqdan imtina edən Avropa ABŞ-dən LNG almağa başladı. ABŞ şirkətləri isə bazarda alternativ olmadığına görə qiymətləri qaldırdılar.
Bu gün isə Qətərin yenidən bazara sıxılmış qaz ixracı qiymətlərdə dəyişiklik olacağını deməyə əsas verir. Lakin hələlik Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə başlanılıb ki, bu da tez bir zamanda başa çatan məsələ deyil. Ehtimal olunur ki, Avropadakı qaz anbarları yay mövsümü boyunca 100 faiz doldurular və qarşıdakı qış mövsümündə yüksək qiymət artımı müşahidə olunmaz. Hörmüzün açılması bazarın tələb və təklif balansının bərabər olmasına imkan verir ki, bu da qiymətlərin sabit qalmasını şərtləndirir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

