Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13.08.2026 [11:32]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində tətbiq ediləcək yeni təmayül tədris modeli üzrə avqustun 13-dək 7 mindən çox X-XI sinif şagirdi elektron sistem vasitəsilə qeydiyyatdan keçib.

İdarədən AZƏRTAC-a bildirilib ki, yeni təmayül tədris modeli üzrə qeydiyyat sentyabrın 1-dək davam edəcək.

Qeyd edilib ki, 2026–2027-ci tədris ilindən etibarən model Bakı şəhərində fəaliyyət göstərən 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq. Bunlar 19, 21, 26, 45, 51, 70 nömrəli məktəb-lisey, 71, 88, 96, 104, 106, 114, 116, 135, 136, 144, 182, 194, 196, 227, 239, 253, 262, 263, 283, 290, 299 nömrəli məktəb-lisey, 302, 313, 320 və 337 nömrəli tam orta məktəblərdir.

Yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Bu model şagirdlərin akademik inkişafını və gələcək təhsil hədəflərinə uyğun hazırlığını gücləndirməklə yanaşı, peşəkar müəllim potensialının tədris prosesində daha səmərəli istifadə olunmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Paylaş:
Baxılıb: 392 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30