Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

17.08.2026 [19:15]

Türkiyənin Qars vilayətində Ani qalasının fəthinin 962-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, tədbirlər pilotaj qrupunun çıxışı ilə müşayiət olunub.

Tədbirdə Qars valisi Ziya Polat, Qars bələdiyyəsinin sədri Ötüken Senger, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi, Ani ərazisində aparılan arxeoloji işlər qrupunun rəhbəri, dosent Məhəmməd Arslan və digər şəxslər çıxış ediblər.

Onlar Səlcuq sultanı Alparslanın ordusu tərəfindən Aninin fəth edilməsinin tarixi əhəmiyyətini vurğulayıblar.

Qars valisi həmvətənlərini əcdadların şücaət dolu irsinə ehtiram göstərməyə çağırıb.

Ziya Polat xatırladıb ki, 1064-cü il avqustun 16-da Anidə qazanılan qələbə türklər üçün Anadolunun yolunu açan 1071-ci il Malazgird döyüşündə Səlcuqların əldə etdiyi tarixi uğurun müjdəçisi olub.

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30