/ / “Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır
“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır
17.08.2026 [21:48]
“Nestle” şirkəti tərkibində GLP-1 olan arıqlama preparatlarının populyarlığının artmasını təhlükədən biznes imkanına çevirməyə çalışır.
AZƏRTAC xəbər verir ki, “Nestle” şirkəti “Ozempic” və “Wegovy” kimi preparatlardan istifadə edən milyonlarla istehlakçı üçün məhsullar hazırlamaq məqsədilə süni intellektdən və qidalanma haqqında elmi biliklərdən istifadə etmək niyyətindədir.
“Nestle” hesab edir ki, bu preparatlar sürətli çəki itkisinin yaratdığı yan təsirləri aradan qaldırmağa yönəlmiş məhsullar üçün də yeni bazar yaradır. “Reuters” agentliyinə təqdim olunan materiallarda sürətli çəki itkisi ilə bağlı əzələ kütləsinin itirilməsi və üzdəki piy toxumasının azalması kimi dəyişiklik də daxil olmaqla, yan təsirlər ətraflı təsvir edilib, həmçinin “Nestle” şirkətinin fikrincə, məhsullarının bu problemlərin həllinə kömək edə biləcəyi sahələr müəyyənləşdirilib.
“Boston Consulting Group”un məlumatına görə, təxminən 16 milyon amerikalı GLP-1 hormonunun ifrazını stimullaşdıran preparatlardan istifadə edir və bu rəqəmin onilliyin sonunadək kəskin artacağı gözlənilir.
Şirkətin baş texniki direktoru Stefan Paltzerin sözlərinə görə, “Nestle” şirkətinin alimləri kəskin çəki itkisinin nəticələrini araşdırır və istehlakçılara bu prosesi nəzarətdə saxlamağa kömək etmək məqsədi daşıyan məhsullar hazırlayırlar. Şirkət böyük həcmdə klinik tədqiqatların emalı və əzələlərin sağlamlığının, orqanizmin nəmlənməsinin və qida maddələrinin qəbulunun təmin olunmasına kömək edə biləcək qida maddələri kombinasiyalarının müəyyənləşdirilməsi üçün süni intellekt alətlərindən istifadə edir.
“Nestle” sürətli çəki itkisi ilə bağlı dəri, saç və dırnaqların sağlamlığı problemlərini həll etmək məqsədilə “Vital Proteins” brendi altında istehsal olunan məhsullara kollagen zülalı əlavə etməyə başlayıb.
“Nestle” şirkətinin ABŞ bölməsi arıqlama zamanı əzələlərin sağlamlığını qorumaq üçün 35 qram zülal ehtiva etdiyi bildirilən “Boost Advanced Nutrition Shake” adlı qidalı kokteyl hazırlayıb. “Nestle” Asiya və Avstraliyada isə zülal tərkibi artırılmış “Milo PRO High Protein” adlı “Milo” səməni içkisinin yeni versiyasını təqdim edib.
“Nestle” şirkəti, həmçinin süni intellekt əsasında hazırlanmış istehlakçı davranışı modellərini sınaqdan keçirir. Bu modellər yeni məhsullar mağazaların rəflərində satışa çıxarılmazdan əvvəl alıcıların onlara və sağlamlıq üçün faydaları barədə iddialara reaksiyasını proqnozlaşdırmaq məqsədi daşıyır.
Qidalanma sahəsindəki bəzi mütəxəssislər ixtisaslaşdırılmış məhsulların ənənəvi ərzaq məhsulları ilə müqayisədə əhəmiyyətli üstünlüklərinin olub-olmamasını şübhə altına alırlar.
“Eyni zülal və qida maddələrini ehtiva edən bütöv, təzə məhsullardan daha baha başa gələn yeni məhsullara daim müraciət etməyimiz çox təəssüf doğurur”, - deyə Nottingem Universitetinin qidalanma və dietologiya kafedrasının dosenti Amanda Eyveri bildirib.
O qeyd edib ki, ət, balıq, yumurta, süd məhsulları, lobya, qoz-fındıq və paxlalılar zülal və qida maddələrinin nisbətən ucuz mənbələri olaraq qalır.
“GLP-1 istifadəçiləri üçün xüsusi olaraq hazırlanmış məhsullar, çox güman ki, alıcılarını tapacaq. Təəssüf ki, marketinq bizə güclü təsir göstərir”, - deyə dosent vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42

