Kimyəvi silahlar qadağası...
13.01.2024 [10:50]
Azərbaycan 31 ildir ki, kimyəvi silahlara qarşı mübarizənin fəal iştirakçısıdır
XX əsr bəşəriyyətin inkişafı üçün mühüm mərhələyə çevrildi. Bugünkü yeni informasiya və kommunikasiya dövrünün əsasının qoyulduğu ötən yüzillik həm də qlobal təhdidləri və təhlükələri ilə seçilməyi bacardı - hətta müharibələrin və silahların da profili kəskin şəkildə fərqləndi. Nüvə silahları, atom bombaları, kütləvi qırğınlar üçün “proqramlaşdırılmış” bioloji və mikro-texniki sursatlar qlobal dünyanın əsas təhdid amili kimi çıxış etməyə başladı. Maraqlıdır ki, illər ötdükcə hətta siyasi təzyiqlərin mahiyyəti belə kütləvi qırğın silahları ilə “gücləndirilir”, stimullaşdırılırdı. Acı təcrübələr isə dünya üçün böyük faciələr nəticəsində qazanılmışdı - Xirosimo, Naqasaki və digər regionlarda baş verən analoji hadisələr 100 ilə yaxın bir dövrdə kütləvi qırğın silahlarının “önəmsənilməsinin” vacibliyini ortaya qoydu.
Qeyd edildiyi kimi, kütləvi qırğın silahları həm də siyasi qruplar üçün siyasi təzyiq manipulyasiyasına imkan yaradırdı. Ötən əsrin son onilliyində “soyuq müharibə”sinin başa çatması isə iki qütb arasındakı kəskin ziddiyyətlərin yumşalmasına yol açdı - bu isə, həm də artıq kütləvi qırğın silahlarının və onun mühüm hissəsi olan kimyəvi silahların məhdudlaşdırılması məsələsini aktuallaşdırdı.
Konvensiya imzalandı...
1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında kimyəvi silahların qadağan edilməsi məsələsi gündəmə gətirildi. İclasda bununla bağlı Konvensiyanın imzalanması təklif edildi. İmzalanma Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirildi - bu tarix həm də Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının təsis olunduğu gün kimi əbədiləşdi. Ötən dövr ərzində Azərbaycan (13 yanvar 1993-cü il) da daxil olmaqla 160 dövlət konvensiyanı imzalayıb - 65-ci ölkə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29 aprel 1997-ci ildə konvensiya qüvvəyə mindi.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığında Reisvikdə KSQT laboratoriyası açılıb. 1997-ci ilin aprel ayında İştirakçı Dövlətlərin ilk Konfransı keçirilib. Konvensiya müddətsizdir.
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürüb. Konvensiyada kimyəvi silahların və onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulub - sənəd çərçivəsində qadağan olunmayan hallar da mövcuddur ki, buraya sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr daxildir. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər zəhərli kimyəvi maddələrə aiddir. Bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal subyektləri də fəaliyyətini konvensiyaya əsasən tənzimləyir.
Azərbaycan ilə təşkilat arasında əlaqələr...
Vurğulandığı kimi, Azərbaycan 1993-cü ilin 13 yanvar tarixində Kimyəvi Silahlar Konvensiyasını ilk imzalayan dövlətlərdən biri olub. Qeyd olunan konvensiya 2000-ci ilin 29 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub və bununla ölkəmiz Konvensiya ilə təsis olunmuş KSQT-nin tam hüquqlu üzvü olub. Konvensiya müddəalarına uyğun olaraq, Təşkilat ilə əlaqələrin koordinasiyası məqsədilə ölkə üzrə milli əlaqələndirici orqan təsis edilməsi tələb olunur ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il 473 saylı Sərəncamı ilə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Konvensiyaya qoşularkən kimyəvi silahlara malik olmayıb və ölkəmizin ərazisində kimyəvi silahların istehsalı üzrə ixtisaslaşan müəssisələr fəaliyyət göstərməyib. Ölkəmizdə Konvensiya ilə bəyan edilməsi nəzərdə tutulan bəzi üzvi kimyəvi maddələrin istehsalı həyata keçirilir və bu barədə illik əsasda Təşkilata müvafiq məlumatlar təqdim olunur.
Azərbaycan təşkilatın Texniki Katibliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi, təşkilat çərçivəsində mövcud olan proqramlardan istifadə edilməsi, aidiyyəti sahələr üzrə milli kadr hazırlığı və kadrların peşəkarlığının daha da artırılması, Azərbaycan Respublikasının da daxil olduğu Şərqi Avropa Regional Qrupunun fəaliyyətində aktiv iştirakın təmin olunması, Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində müvafiq fəaliyyət həyata keçirir.
Ölkəmiz ilə təşkilat arasında fəal əməkdaşlıq münasibətləri də mövcuddur - Azərbaycan ilk dəfə olaraq KSQT İcraiyyə Şurasına 2017-2019-cu illər üçün üzv seçilib, Qoşulmama Hərəkatına sədrliyimiz ilə əlaqədar KSQT-nin “Qoşulmama Hərəkatı və Çin” qrupuna 2019-2021-ci illər ərzində sədrlik edib. Eyni zamanda, 2003-cü ildə Konvensiya çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün ilk milli seminar, 2007-ci il tarixlərində “Milli qanunvericilik və bəyannamə məsələləri”nə həsr olunmuş milli seminar, 2013-cü ildə isə “Konvensiya çərçivəsində Şərqi Avropa regionunda kimyəvi maddələrin transferinin xüsusiyyətləri” barədə regional təlim kursu keçirilib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

