YENİ RENAULT MEGANE – DİNAMİK VƏ İFADƏLİ DİZAYN
17.09.2015 [14:32]
Renault dördüncü nəsil Megane hetçbekini təqdim edir. Avtomobilin bazarda mövcud olduğu 20 il ərzində bütün dünya üzrə 6.5 milyondan artıq Megane satılıb.
Ən çox inkişaf edən seqmentlərdən birində yeni Megane banın dinamik formaları və ön və arxa faraların ifadəli dizaynı hesabına əhəmiyyətli dərəcədə fərqlənəcək.
Satışların lap əvvəlindən Megane həm də GT versiyasında təqdim olunacaq. Onun dizaynı Renault Sport üslubunda yerinə yetiriləcək.
YENİ PROPORSİYALAR VƏ ÜSLUBLU DİZAYN
Yeni Megane yoxlanılmış proporsiyaları və C şəklində hazırlanmış ön və arxa faraların yeni işıq optikası ilə fərqlənən dinamik və üslüblu dizayna malikdir.
Yeni Megane yeni qabaritlərə malikdir – üçüncü nəsil Megane ilə müqayisədə avtomobilin hündürlüyü 25 mm azaldılıb, ön təkər izi 44 mm, arxa təkər izi isə 39 mm genişlənib, bu da avtomobilə yolu daha yaxşı “hiss etmək” imkanı verir. Avtomobilin yeni idman siması uzunsov (+28 mm) təkər bazası və qısaldılmış arxa çıxıntı ilə xarakterizə olunur. Çoxsaylı xromlanmış elementlər onun brutal və xarizmatik xarakterini nəzərə çarpdırır.
SATIŞLARIN LAP ƏVVƏLİNDƏN ƏLVERİŞLİ EKSKLÜZİV GT VERSİYASI
Yeni Megane GT-nin ön hissəsi böyüdülmüş hava qəbuledicisi və şanvari radiator məhəccəri ilə idman üslubunda yerinə yetirilib.
Arxadan yeni Megane GT iki ədəd xromlanmış işlənmiş qaz borusu ilə təchiz olunub ki, bu, avtomobilin idman üslubunu nəzərə çarpdıraraq onu Formula 1-in bolidlərinə yaxınlaşdırır. Bundan əlavə, Megane GT versiyasının arxasında, önündə və ön qanadlarında Renault Sport yazısı var.
Yeni avtomobilin banı xüsusi “Mavi metallik” rəngində verilib və bu avtomobilin dizaynının tünd elementləri ilə əla uzlaşır. Megane GT Renault Sport komandasının işləyib hazırladığı yüngül lehimli 18 düymlük disklərlə təchiz olunub.
Yeni Renault Megane 17-27 oktyabr tarixlərində keçiriləcək Frankfurt avtosalonunda təqdim olunacaq. Sərginin ziyarətçiləri həmçinin yenilənmiş interyer, yeni avadanlıq və hetçbekdə təklif olunan motorlar sırası ilə tanış ola biləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

