COP29 sülh platforması kimi...
24.09.2024 [09:08]
Erməni diasporunun təsirində olanlar bu tədbirin önəminə zərbə vurmağa çalışırlar
Azərbaycanın dünya miqyasında nüfuzunun və ətraf mühitin qorunmasına töhfələrinin nəticəsidir ki, mühüm beynəlxalq platforma olan COP29-un ölkəmizdə keçirilməsinə dair yekdil qərar qəbul olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, “yaşıl iqtisadiyyatı” nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
COP29-un siyasi əhəmiyyəti də böyükdür
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi haqqında verilən qərarın siyasi əhəmiyyəti də böyükdür. Təsadüfi deyil ki, qarşılıqlı razılaşma əsasında Ermənistan da COP-29-un ölkəmizdə keçirilməsini dəstəkləyib. Azərbaycan da bu ölkənin Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə razılıq verib. Dünyanın bütün nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstək ifadə edirlər. Lakin buna baxmayaraq, müəyyən dairələr bu mötəbər tədbirin ölkəmizdə keçirilməsini həzm edə bilmir, prosesə əngəl olmağa çalışırlar. Belə ki, xaricdə erməni diasporunun təsiri altında olan bəzi təşkilatlar, o cümlədən ictimai-siyasi xadimlər COP29-la bağlı ölkəmizə qarşı əsassız fikirlər səsləndirirlər. Amma həmin iddialar cavabsız qalmır.
Səfirimizdən Dominik Lausona tutarlı cavab
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “The Sunday Times” qəzetində Dominik Lauson tərəfindən Azərbaycanla bağlı yazılan qərəzli məqaləyə cavab verib. Azərbaycanlı diplomatın cavab məktubu “The Times”ın saytında “The Sunday Times” qəzetinin redaktoruna məktub” başlığı ilə dərc olunub. Elin Süleymanov deyib ki, Dominik Lauson Bakıda keçiriləcək COP iqlim konfransının “Sülh COP-u” adlandırılmasını tənqid edib. “Lakin o qeyd etmir ki, Azərbaycanın ev sahibliyi məhz qonşu Ermənistanla sülh prosesinin birbaşa nəticəsidir. Ermənistan 30 il ərzində ölkəmin beşdəbirini işğal etmişdi. Yaxşı niyyətin bir göstəricisi olaraq Ermənistan COP-a ev sahibliyi etmək üçün namizədliyini geri çəkdi və Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi”, - deyə Elin Süleymanov cavab məktubunda bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin liderləri yaxın zamanda çoxdan gözlənilən sülh sazişinin əksər şərtləri üzərində razılığa gəldiklərini təsdiqləyiblər. “Əksinə, Dominik Lauson Qarabağda - beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan bir bölgədə qanunsuz etnik separatizm nümunəsini təkrarlamağa çalışan erməni liderlərin azad edilməsini müdafiə edir. Ermənistan hökuməti artıq beynəlxalq hüquqa uyğun olaraq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu tanıyır”, - deyə azərbaycanlı diplomat qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı pozitiv fikirlərə yer vermişdi. Nazir yazısında qeyd etmişdi ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib. Onun bu fikirləri Britaniyadakı erməni lobbisinin hədəfinə tuş gəlmişdi. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “GB News” kanalına açıqlama verərək xarici işlər naziri Devid Lemminin Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu söyləmişdi.
Azərbaycan COP29 ərəfəsində sülh çağırışları edir
Bu dəfə isə həmin ölkədə kimlərsə KİV vasitəsilə COP29-la bağlı Azərbaycanın imicinə zərbə vurmağa cəhd göstərir. Bu, qəbulolunmazdır. Məlumdur ki, ölkəmizin ev sahibliyi edəcəyi COP29 əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən biri sayılır. Tədbirə qatılmaq üçün ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Yəni COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək. İqlim dəyişikliyi kimi aktual çağırışın müzakirə olunacağı tədbir zamanı müharibələrin dayandırılması da mümkün və tam realdır. Eyni zamanda, bu ərəfədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılması da diqqət mərkəzindədir.
Ümumiyyətlə, Azərbaycanın COP29 tədbiri ilə bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil. Dünyada sülhün zəruriliyini Azərbaycan qədər vacib sayan ölkələrin sayı çox azdır. Bu da onunla bağlıdır ki, ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində ölkəmiz böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan edilib, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız humanitar fəlakət yaşayıb.
Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Ölkəmiz 44 günlük müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regonda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Ölkəmiz qardaş Türkiyə ilə birlikdə 3+3 platformasını irəli sürüb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionun məsələrini həll etmək üçün kənar ölkələrin dəvət edilməsinə heç bir lüzum yoxdur, bu, reallıqda qarşıdurmaları daha da artırır.
Bu baxımdan, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir. Görünür, regionda öz maraqları olan xarici qüvvələr qərəzli kampaniyaları ilə Azərbaycanın sülh təşəbbüslərinə əngəl olmağa çalışırlar. Amma bu cəhdlər heç bir nəticə verməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 Oktyabr 11:08
Siyasət
16 Oktyabr 11:08
Sosial
16 Oktyabr 11:08
YAP xəbərləri
16 Oktyabr 11:06
İqtisadiyyat
16 Oktyabr 11:02
Dünya
16 Oktyabr 11:01
MEDİA
16 Oktyabr 10:45
Sosial
16 Oktyabr 10:28
Hadisə
16 Oktyabr 10:24
Sosial
16 Oktyabr 10:20
Siyasət
16 Oktyabr 10:18
Siyasət
16 Oktyabr 10:12
Siyasət
16 Oktyabr 09:52
Siyasət
16 Oktyabr 09:34
İqtisadiyyat
16 Oktyabr 09:12
İqtisadiyyat
16 Oktyabr 08:59
Dünya
16 Oktyabr 08:36
Siyasət
16 Oktyabr 08:16
Sosial
16 Oktyabr 07:43
Maraqlı
16 Oktyabr 07:17
İqtisadiyyat
15 Oktyabr 23:39
Xəbər lenti
15 Oktyabr 23:18
İqtisadiyyat
15 Oktyabr 22:57
Dünya
15 Oktyabr 22:34
COP29
15 Oktyabr 22:13
Mədəniyyət
15 Oktyabr 21:59
Dünya
15 Oktyabr 21:37
Sosial
15 Oktyabr 21:24
Siyasət
15 Oktyabr 21:18
Xəbər lenti
15 Oktyabr 21:11
YAP xəbərləri
15 Oktyabr 21:09
Elm
15 Oktyabr 20:49
İqtisadiyyat
15 Oktyabr 20:38
Elm
15 Oktyabr 20:17
Sosial
15 Oktyabr 19:54
İqtisadiyyat
15 Oktyabr 19:34
Elm
15 Oktyabr 19:13
Xəbər lenti
15 Oktyabr 18:52
Dünya
15 Oktyabr 18:31
Dünya
15 Oktyabr 18:14
Xəbər lenti
15 Oktyabr 17:58
Siyasət
15 Oktyabr 17:41
İqtisadiyyat
15 Oktyabr 17:39
Mədəniyyət
15 Oktyabr 17:18
Elm
15 Oktyabr 16:56
İdman
15 Oktyabr 16:42
YAP xəbərləri
15 Oktyabr 16:41
YAP xəbərləri
15 Oktyabr 16:39
COP29
15 Oktyabr 16:15
YAP xəbərləri
15 Oktyabr 15:42
YAP xəbərləri
15 Oktyabr 15:38
İqtisadiyyat
15 Oktyabr 15:37
Siyasət
15 Oktyabr 15:36
İqtisadiyyat
15 Oktyabr 15:21
İdman
15 Oktyabr 15:20
YAP xəbərləri
15 Oktyabr 15:19
YAP xəbərləri
15 Oktyabr 15:18
YAP xəbərləri
15 Oktyabr 15:16
YAP xəbərləri
15 Oktyabr 15:15
YAP xəbərləri
15 Oktyabr 15:14
Sosial
15 Oktyabr 15:12
Xəbər lenti
15 Oktyabr 15:03
YAP xəbərləri
15 Oktyabr 14:58
YAP xəbərləri
15 Oktyabr 14:56
Elm
15 Oktyabr 14:53
Sosial
15 Oktyabr 14:23
Sosial
15 Oktyabr 14:19
İqtisadiyyat
15 Oktyabr 14:19
Sosial
15 Oktyabr 14:08
İdman
15 Oktyabr 13:58