COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həlləri tətbiq edəcək
22.10.2024 [13:53]
COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək. Bu məqsədlə beynəlxalq iqlim konfransının keçiriləcəyi məkanın - Bakı Stadionunun mühüm enerji təchizatı hidratlaşdırılmış bitki yağı (HVO) hesabına qarşılanacaq.
Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransını 7 əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpa olunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanlaşdırması yolu ilə istixana qaz (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi dayanıqlılıq siyasətinə əsasən ikinci əsas öhdəlikdir.
Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının seçimi və istifadəsidir. Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır.
Hidratlaşdırılmış bitki yağı aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacaqdan daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpa olunan enerji mənbələrindən təmin edəcək.
Qeyd edək ki, bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - “SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Həmin şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti əmindir ki, bu yanaşma digər beynəlxalq tədbirlərə də nümunə olacaq və tədbirin həm dayanıqlı, həm də karbon neytral olması üzrə öhdəliyini daha da gücləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

