Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Dövlət büdcəsindən siyasi partiyalar üçün ayrilan vəsait artırılıb

Dövlət büdcəsindən siyasi partiyalar üçün ayrilan vəsait artırılıb

19.11.2021 [10:25]

Partiyalar bu artımı necə dəyərləndirir?

2022-ci ilin dövlət büdcəsində bir çox sahələr üzrə artım nəzərdə tutulur. Gələn il dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsait də artırılıb. Sənədə əsasən, 2022-ci ilin dövlət büdcəsində Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2021-ci illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.

Bəs parlamentdə təmsil olunan siyasi partiyalar bu artımı necə dəyərləndirir? Ümumiyyətlə, həmin vəsaiti necə xərcləməyi düşünürlər?

Mövzu ilə bağlı sualımızı cavablandıran Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu artım partiyaların öz işini qurması və gücləndirməsi baxımından dövlətin böyük dəstəyidir: “Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkədə fəaliyyət göstərən siyasi  partiyaların  həyatındakı dirçəliş göz qabağındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin bu məsələlərdə böyük xidməti var. İndi  partiyalara daha çox dəyər verilir. Əvvəllər isə bir çox problemləri var idi. Onlar dövlət qeydiyyatına alınmasında çətinliklərlə üzləşirdilər. Artıq bu problemlər həll olunub. Ümumiyyətlə, dövlətin siyasi partiyalara münasibətinin dəyişməsi siyasi həyatda olduqca vacib amillərdən biridir. Büdcədə vəsaitin artırılması da bu amilin göstəricisidir”.

 F.Mustafa qanuna əsasən dövlət büdcəsindən pul alan partiyaların Mərkəzi Seçki Komissiyasına  rüblük hesabat verdiyini qeyd edib: “Bu hesabat sonra  audit rəyi ilə Maliyyə Nazirliyinə göndərilir”.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev də hesab edir ki, siyasi partiyalar üçün büdcədə vəsaitin artırılması dövlətin siyasi partiyalara olan növbəti diqqətinin nümunəsidir: “Niyə növbəti deyirəm? Çünki son dövrlər həmin diqqət müxtəlif aspektlərdə, istiqamətlərdə özünü b?ruzə verib. Daha dəqiq desəm, 2 il ərzində 10-a yaxın siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib, 30-a yaxın siyasi partiya ofislə təmin olunub və ümumiyyətlə, siyasi partiyalara münasibət yaxşı mənada həqiqətən çox dəyişib. Maliyyə vəsaitinin hər il daha çox ayrılması da həmin qəbildəndir və bu addım heç şübhəsiz ki, siyasi partiyaların daha da güclənməsinə rəvac verəcək, onların fəaliyyətinin stimullaşması üçün zəmin yaradacaq”.

Partiya sədrinin fikrincə, siyasi sistemdə partiyaların rolu çox böyükdür: “Güclü siyasi partiyaların varlığı və onların proseslərdə aktiv iştirakı siyasi tablonu daha da rəngarəng, maraqlı edir. Eyni zamanda, partiyanın maliyyə imkanları genişləndikcə paralel fonda potensial imkanları da artır. Büdcə sənədində bu məqamın nəzərə alınması gerçəkdən çox sevindiricidir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti dövlətçiliyə bağlı, milli maraqları hər şeydən üstün tutan partiyalardır. Onların güclənməsinin ölkəyə yalnız xeyri ola bilər”.  

Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev də gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün vəsaitin artırılmasını yüksək qiymətləndirib: “Bu artım partiyaların  maliyyə imkanlarının yaxşılaşmasına kömək edir. Hesab edirəm ki, bu proseslər cənab Prezidentin elan etdiyi yeni siyasi konfiqurasiya çərçivəsində baş verir. Bu da siyasi partiya??rla iqtidar arasında sivil münasibətlərin formalaşmasına gətirib çıxarır. Çox normaldır. Çünki Azərbaycan oturuşmuş bir dövlətdir. Bizi bir-birimizlə görüşdürən, danışdıran, fikirlərimizi çatdıran üçüncü qüvvələrə ehtiyac yoxdur. Biz partiya olaraq birbaşa öz sözümüzü  hakimiyyətə deyirik, fikrimizi bildiririk. Fikirlərimiz bəzən qəbul olunur, olunmayanda isə izahı verilir. Ona görə də, münasibətlərin inkişafından razıyam. Partiyaların maliyyə imkanlarının artırılması həm ölkədə siyasi mədəniyyətin formalaşmasına gətirib çıxarır, həm də siyasi partiyaların digər başqa məqsədli qüvvələrdən asılılığını minimuma endirir. Bu da dövlətçiliyimiz üçün vacib məqamlardan biridir”.

Dövlət vəsaitinin necə xərclənməsinə gəlincə, R.Nurullayev deyib ki, ümumilıkdə büdcədən ayrılan vəsait çox olmadığı üçün partiyanın yerli strukturlarının, mərkəzi ofisinin saxlanmasına sərf olunur: “Ayrılan vəsait partiyanın minimal xərclərini ödəmək iqtidarındadır. Əgər bu xərclərdən əlavə vəsait qalarsa, onu  insan resurslarının inkişafına yönəltməyin tərəfdarıyam. Xüsusilə, yerlərdə partiya üzvləri üçün təlimlər, seminarlar təşkil olunmalıdır ki, onlar  daha keyfiyyətli fəaliyyət göstərsinlər”.

Nardar BAYRAMLI

 

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31