Diaspor gənclərinin iştirakı ilə videokonfrans keçirilib
02.02.2025 [17:24]
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçılarının videokonfransı təşkil olunub. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən videokonfransda 51 ölkədən 200-dən çox gənc iştirak edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin sədri Fuad Muradov konfransda Azərbaycan dövlətinin diaspor fəaliyyətində gənclərin rolunun önəmindən danışıb. Dövlətin diqqət və qayğısı nəticəsində milli məfkurəyə sadiq, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir gənc nəsil yetişdiyini bildirib. Həmçinin bu gün Azərbaycan gəncinin milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi işində öz bacarığını əsirgəmədiyini qeyd edib. Eyni zamanda, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb.
F.Muradov hər il Azərbaycanın müxtəlif bölgələrində yay düşərgələrinin təşkil olunduğunu xatırladıb. O, dünyanın dörd bir yanından yüzlərlə azərbaycanlı, eləcə də əcnəbi gəncin bu düşərgələrdə iştirak etdiyini və ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini, mədəniyyətini öyrənmək imkanı qazandığını vurğulayıb.
Görüşdə bu günədək keçirilən Diaspor Gənclərinin Yay düşərgələri haqqında videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, “2 Fevral – Azərbaycan Gəncləri Günü”, “Azərbaycanın gənclər siyasəti”, “Diaspor gənclərinin şəbəkələşməsində yay düşərgələrinin rolu”, “Strateji hədəflər və vəzifələr”, Azərbaycan Diasporuna Dəstək Fondunun gənclərlə bağlı qrant müsabiqəsi, gənclərlə əlaqədar həyata keçiriləcək layihələr, eyni zamanda, düşərgə iştirakçılarının vahid platformada birləşməsi və s. məsələlər barədə müzakirələr aparılıb.
Çıxış edən gənclər bu cür konfransların təşkilinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Gənclərlə keçirilən videokonfransı gələcəkdə daha mütəşəkkil Azərbaycan diasporunun formalaşmasına töhfə kimi qiymətləndiriblər. Həmçinin Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.
Qeyd edək ki, indiyə qədər Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçında Diaspor Gənclərinin Yay düşərgələri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

