Sakit okeanda “Berlin divarı”
26.09.2024 [11:14]
Rəsmi Paris Yeni Kaledoniyada yerli qəbilələrin torpaqlarını blokadaya alıb, əhali aclıq çəkir, gənclər öldürülür...
Cari ilin may ayından etibarən yenidən alovlanan Fransa - Yeni Kaledoniya qarşıdurması pik həddədək gərginləşib. Yeni qarşıdurma Yelisey Sarayının bəyan etdiyi “konstitusiya islahatları”na görə başlayıb. “İslahatlar” özündə 10 ildən artıq ada ölkəsində yaşayan gəlmə fıransızların seçki hüquqlarının tanınmasını ehtiva edir. Aborogen kanaklar isə buna kəskin etirazlarını bildirirlər. Çünki, parlamentin müzakirələrinə çıxarılan qanun layihəsinin qəbul ediləcəyi təqdirdə onlar öz tarixi torpaqlarında ikinci dərəcəli topluma çevriləcəklər və Yelisey Sarayının ada ölkəsi ilə bağlı mürtəce səciyyə daşıyan siyasətinə hansısa bir formada təsir göstərmək imkanlarını bütünlüklə itirəcəklər. Yenidən alovlanan münaqişədə daha üç gəncin həyatına son qoyulub. Buna etiraz bildirən kanaklar Yelisey Sarayını kəskin ittiham edən bəyanat yayıblar. Bəyanatı Qəbilə klan başçıları Şurasının sədri Eugene Decoire və şuranın üzvü Yohann Vamytan imzalayıblar.
Kədərli müqayisə - Fransanın Yeni Kaledoniyada törətdiyi hadisələr Əlcəzair müharibəsini xatırladır
Yelisey Sarayının dənizaşırı ərazilərdə ən uzaq müstəmləkələrindən biri sayılan Yeni Kaledoniya (Ada ölkəsi Fransadan təxminən 20 min kilometr uzaqda yerləşir) uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən ciddi əziyyət çəkir. Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “meonzeziyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.
Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.
Lakin Yelisey Sarayı ada ölkəsinin onun orbitindən çıxmaq istəyini əsla qəbul etmir. Digər dənizaşırı koloniyalarında (Fransa ərazisinin 18 faizini təşkil edən dənizaşırı koloniyalarda təxminən 2,6 milyon nəfər əhali yaşayır) olduğu kimi, Yeni Kaledoniyada da neokolonializm siyasətini getdikcə daha da sərtləşdirir. Rəsmi Parisin əsas məqsədi zəngin sərvətlərə malik olan bu ölkədə kanakları assimilyasiyaya uğratmaq və beləliklə də, yerli qəbilələrin fəallığına birdəfəlik son qoymaqdır. Bədnam “konstitusiya islahatları” da bu planın tərkib hissəsidir. Yerli icmaların kəskin etirazlarından sonra “islahatlar” proseduru müvvəqqəti olaraq dondursa da, görünür, Makron imzasına hörmətlə yanaşmır. Yelisey Sarayı bədnam planı həyata keçirməkdə israrlıdır. Bunu kanakların yaydıqları bəyanatın məzmunundan da görmək mümkündür. Bəyanatda kədərli müqayisə aparılaraq rəsmi Parisin Yeni Kaledoniyada yol verdiyi zorakılıqlar Əlcəzair müharibəsi ilə müqayisə olunur. Sənəddə oxuyuruq: “Bu il mayın 13-dən - Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlayır. Dövlətin adanın cənubundakı Mont-Dore kommunasında yerləşən Sent-Luis qəbiləsinə münasibəti, təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət qeyri-mütənasib güc münasibətinə baxmayaraq, zərərsizləşdirilməli və susdurulmalı olan 1200 cinayətkarla iş aparırmış kimi davranır.
Tarixinə iz qoymuş qəbiləmiz üç övladının öldürülməsinə layiq idimi? Bu gənclər siyasi ideallarını cəsarətlə müdafiə etdikləri üçün öldürülmüşdü. Əllərində, sadəcə, ov tüfəngləri, daşatma alətləri, ayaqlarında sadə başmaqlar olan bu gənclər GIGN-in (Fransa Milli Jandarması) güllələri altında can verdilər. Görünür, bizim bədbəxtliyimizə görə Yeni Kaledoniya ilə Fransa arasındakı bir neçə min kilometr məsafə özünümüdafiə anlayışını Sakit okeanda öldürmək üçün lisenziyaya çevirdi”.
Sent-Luis adasında üç gəncin faciəsi
Bu gün Sent-Luis adasında yaşanan üç gəncin faciəsi əslində, kanak xalqının bütün nəsillərinin üzləşdiyi faciədir. Gənclər iradə nümayiş etdirib rəsmi Paris əleyhinə siyasi şüarlar səsləndiriblər. Ancaq Fransanın tarixi ənənələrinə, demokratiya və insan haqlarına birdəfəlik arxa çevirən Yelisey Sarayı uzaq ada ölkəsində gənclərin belə cəsarətli davranışlar sərgiləmələrini qəbul etmir və bağışlamır. Makron Sent-Luis adasında üç yerli gəncə cəsarətli baxışlarına görə güllə atılmasına siyasi qərar verməklə əslində, ada ölkəsində milli ruhlu insanların gözünü qorxutmaq, burada müti bir cəmiyyət formalaşdırmaq məqsədi güdür. Bu, Yelisey Sarayının müstəmləkələrində həyata keçirdiyi ənənəvi siyasətin davamıdır. Bəyanatda 1981-ci ildə müstəqillik lideri Pierre Declercqin edam edilməsi xatırlanır. Makron sələflərindən qabağa gedərək üç gəncin vəhşicəsinə güllələnməsi ilə kifayətlənməyərək onlarla eyni əqidədə olan gənclərin aşkarlanaraq hakimiyyətə təslim olmalarına siyasi qərar verib. Həmin gəncləri də eyni aqibət gözləyir. Aydın məsələdir ki, kiçik adada barələrində axtarış elan edilən gənclərin uzun müddət gizlənməsi mümkün olmayacaq. “Əminliklə bildiyimiz tək şey budur ki, bu dövlət üçün nə hüquqa hörmət edilməsi, nə də insan həyatlarının itirilməsi onun ilahi missiyasını yerinə yetirməyinə əngəl törətmir. Buna əmin olmaq üçün, sadəcə olaraq, bizim yollarımızda qanunsuz şəkildə dövr edən hərbi avtomobillərin sayının artmasını müşahidə etmək kifayətdir. Sanki qəbiləmizin ətrafında Sakit okeanın “Berlin divarı”nı tədricən yüksəldirlər. Torpaqlarımız blokadaya alınıb, əhalimiz aclıq çəkir və gənclərimiz öldürülür. Biz artıq yerli məhkəmədən heç nə gözləmirik. Ona məcburən müraciət edirik, amma onun ədalətsiz qərarları güclüləri qoruyur, zəifləri əzir və bizi anlaşılmazlığın dibinə salır.
Biz Sent-Luis qəbiləsinin istəmədən də olsa, dövlət tərəfindən təşkil edilmiş dəhşətli bir oyunun mərkəzində olduğuna əminik. Burada qurbanlar dövlət tərəfindən təşkil olunan təbliğat vasitəsilə cəllad kimi təqdim edilir və beləliklə, müstəmləkə nizamını qorumağa çalışırlar”, - deyə sənəddə vurğulanır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

