Qərb Ermənistanı fərqli fondların köməyi ilə silahlandırır...
26.09.2024 [11:39]
Azərbaycanın tələbi: bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır...
Ermənistan konstitusiyasına dəyişiklik edilməli, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır
Qərbin Ermənistanın “vasitəsilə” Cənubi Qafqazda yeni situasiya formalaşdırmaq cəhdləri müşahidə edilməkdədir. Fransanın timsalında Aİ-nin, eləcə də ABŞ-ın əli ilə həyata keçirilən anti-Qafqaz planının yeni ştrixləri özünü tam şəkildə ortaya qoymaqdadır. Belə ki, Azərbaycana qarşı həyata keçirilən, lakin bütövlükdə, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaradan “silahlandırma” kampaniyasının miqyası genişləndirilir. Bu ilin yayında Aİ-nin fərqli strukturlarının Ermənistanın militaristləşdirməsi prosesinə qoşulmasının ardından, bu dəfə Vaşinqton eyni addımı atır - Ermənistana maliyyə yardımı etməklə onun silah almasını stimullaşdırır, bölgədə yeni təhdid yaradır.
Məsuliyyəti pulu verənlər daşıyır...
Xatırladaq ki, Avropa İttifaqı Şurası iyulun 22-də Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Məsələnin mahiyyətinə keçməzdən əvvəl bəzi məsələlərə diqqət yetirək: 2021-ci ilin martın 22-də yaradılan Fondun 2021-2027-ci illər üçün təxminən 5 milyard avro büdcəsi formalaşdırılıb. Avropa Sülh Fondunun büdcəsi Avropa İttifaqına üzv dövlətlərin ianələri hesabına formalaşır. Fondun təsis məqsədi kimi Aİ-nin münaqişələrin qarşısını almaq, sülhü qorumaq və beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək qabiliyyətini artırmaq qeyd olunsa da, Fond daha çox təzyiq vasitəsi funksiyası kimi çıxış etməkdədir. Maraqlıdır ki, bəyan edilmiş “məqsədlərə uyğun olaraq” və Avropa Şurasının qərarına əsasən, Avropa ölkələri “tərəfdaşlarının” təhlükəsizlik və müdafiə qabiliyyətinin səviyyəsinin yüksəldilməsi üçün Aİ Fondu vasitəsilə hərbi texnika vermək “hüququna malikdir”. Bu məsələ Fondun yaradılmasının əsl səbəblərini ortaya çıxarır.
Beləliklə, Aİ Şurası məhz bu “kriteriyaya” söykənərək işğalçı dövləti maliyyələşdirir.
Eyni fikirləri ABŞ haqda da demək mümkündür - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Bu addım fərqli istiqamətlərə yozulsa da, əsl niyyət ortadadır - USAID-in arxasında duran beynəlxalq şəbəkələrin, mərkəzlərin erməni məsələsini, onların mövcudiyyətini Cənubi Qafqazda davam etdirmək və erməni kartından öz məqsədləri üçün istifadə etmək istəyirlər. Bütün hallarda məsələnin kökü bu ilin aprelin 5-də imzalanan üçtərəfli razılaşmaya: ABŞ-Aİ-Ermənistan danışıqlarının nəticələrinə “dayanır”. Məhz həmin görüşdə verilən qərarlar bu gün “Sülh Fondu”, “USAID” kimi “dəyənək təşkilatlar”ın əli ilə reallaşdırılır.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, Ermənistana Amerikadan indi 250 milyon dollar pul verilir. O puldan onlar öz daxili məqsədlərinə istifadə edəcəklər, qənaət olunan pula isə silah alacaqlar, bizi öldürməyə: “Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq? O pulu onlara verən. O cümlədən dırnaqarası “Avropa Sülh Fondu”. Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, Ermənistan ondan istifadə edir, Fransadan pulsuz silah alır”.
Göründüyü kimi, ayrılan maliyyələr heç də “Sülh Fondun“un adına uyğun olaraq “sülhə” deyil, qarşıdurmaların miqyasının daha da genişlənməsinə xidmət göstərir. Fransa bu yolla özünün regiona daxil olmaq şanslarını yoxlayır - amma bu mümkün deyil. Azərbaycanın qətiyyəti və qüdrəti bütün oyunların iflasa uğradılması üçün hər zaman səfərbərdir.
Bizim şərtlərimiz yerində qalır
Azərbaycanın bölgənin inkişafı ilə bağlı addımları realdır - biz, Qafqazı əməkdaşlıq, tərəfdaşlıq platformasına çevirməyi planlaşdırırıq. Bunun üçün isə ilkin şərt məhz sabitlik və təhlükəsizlik, bir sözlə dayanıqlı, davamlı sülhün formalaşdırılmasıdır. Bu sülhün formalaşması üçün isə bütün tərəflər öz iradəsini ortaya qoymalıdır - xüsusilə, Ermənistan Azərbaycanın irəli sürdüyü haqlı tələblərlə razılaşmalıdır.
İlk növbədə Ermənistanın mövcud Konstitusiyasında dəyişikliklər edilməli, həmin sənəddə ölkəmizin ərazi bütövlüyünə yönələn qəsd aradan qaldırılmalıdır. Bəlli olduğu kimi, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Bu isə sülhün bərqərar olmasına real maneədir.
Eyni zamanda, artıq heç bir funksionallığı qalmayan ATƏT-in Minsk qrupu ləğv edilməlidir. 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı artıq tarixə qovuşmuş “münaqişənin” həlli ilə bağlı “vasitəçi” qismində çıxış etməli olsa da, ötən 30 il ərzində yalnız fəaliyyətsizliyi ilə yadda qaldı. Bu dövr ərzində yalnız Azərbaycana qarşı fərqli standartlardan çıxış edən ATƏT-in Minsk Qrupu ədalətin bərpası üçün heç bir təsiredici vasitələrdən istifadə etmədi. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətsizliyi idi.
44 günlük müharibə ilə başa çatan “münaqişə” həm də ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı. Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanı əsas götürürlər - son reallıqlar bu quruma ehtiyacın qalmadığını bir daha faktiki olaraq ortaya qoyur. Prezident İlham Əliyev çıxışında bildirib ki, bizim şərtlərimiz yerində qalır: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31

