Ukrayna NATO arzularını “basdırır”?
23.10.2024 [07:53]
Kiyev Qərbi təhdid edir
Alyansa qəbul edilməyəcəyi təqdirdə “nüvə silahı” yaradacağını deyir...
Qərbin verdiyi vədlərin boşa çıxdığını görən Ukrayna açıq kontekstdə öz tələblərini irəli sürməkdədir. Xüsusilə, Almaniyanın “sülh çağırışları” səsləndirməsi, ABŞ-da isə Respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə müharibəni dayandıracağı ilə bağlı fikirlər irəli sürməsi rəsmi Kiyevi düşündürməkdədir. Bu səbəbdən də, Zelenski hakimiyyəti bir tərəfdən Qərbin rəsmi müttəfiqi olmaq uğrunda mübarizə apararkən, digər tərəfdən də “nüvə silahı” yaradacağı ilə bağlı məlumatlar yayır. Amma hələ ki, birinci yol daha “məqbul” hesab olunur. Ukrayna prezidentinin Brüsseldə keçirdiyi son mətbuat konfransında yenidən “Budapeşt Memarandumu”na müraciət etməsi bu faktı təsdiqləyir. Xatırladaq ki, 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təsdliqləyən sənədə imza atılmışdı. Memorandum üç nüvə dövləti - Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən imzalanmışdı. Zelenski də Brüsseldə bildirib ki, Budapeşt Memorandumu, çərçivəsində Ukrayna Rusiyaya SSRİ-dən miras qalmış nüvə silahını verməyə razılıq vermişdi, əvəzində isə Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən təhlükəsizlik təminatları almışdı. Ancaq bu, işə yaramadı. Buna görə də, Kiyev yalnız iki məqbul variant görür. Ukrayna prezidenti həm də vurğulayıb ki, Kiyev NATO-nu seçir.
Rutte “bilmir”...
Kiyev NATO-nu seçirsə, qarşılığında NATO da Kiyevi seçirmi? Məsələnin məğzi məhz bu məqamda qəlizləşir. Məsələn, bu ilin ilk rübünün sonunda bu məsələ yenidən gündəmə gəldiyi zaman ABŞ-ın məsələyə münasibəti birmənalı olmuşdu. Vaşinqtonun NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirmişdi ki, NATO Ukraynanı “vaxtı gələndə” yalnız bütün müttəfiqlərin razılığı ilə və hərbi əməliyyatlar başa çatdıqdan sonra öz sıralarına qəbul edəcək. Məsələ ilə bağlı bu il Vaşinqtonda keçirilən NATO-nun Zirvə toplantısında müzakirələr gözlənilsə də, effektiv nəticə əldə olunmadı. Kiyev yenə də Alyans ölkələrnin “vədləri” ilə kifayətlənməli oldu. Bunun qarşılığında il ərzində İsveç və Finlandiya quruma tamhüquqlu üzv kimi qəbul olundu. Alyansın yeni baş katibi Mark Rutte isə Ukraynann alyansa üzv olacağını deyir - zamanla bağlı dəqiq “məlumat vermir”. Rutte bildirir ki, bunun nə vaxt baş verəcəyini hələlik dəqiq söyləmək çətindir.
ABŞ-ın maraqlarına ziddir...
Bəs Ukrayna niyə Alyansın sərhədləri daxilinə “yaxın buraxılmır”. Bir müddət öncə, ABŞ-ın məşhur “Foreign Affairs” dərgisinin məsələ ilə bağlı yayımladığı məqalədə bildirilir ki, NATO-ya üzvlük müttəfiqlərin bir-birləri üçün döyüşmək və ölmək öhdəliyini əhatə edir. Qismən buna görə də onun üzvləri “Soyuq müharibə”dən sonrakı dövrdə ittifaqı hücuma məruzqalma riski ilə üzləşmiş dövlətlər hesabına genişləndirməmək üçün çalışdılar. NATO liderləri də çoxdan başa düşürlər ki, Ukraynanı qəbul etmək Rusiya ilə çox real müharibə (o cümlədən nüvə müharibəsi) ehtimalını ehtiva edir. Belə bir münaqişənin baş vermə şansı və onun dağıdıcı nəticələri ABŞ və digər NATO üzvlərinin Ukraynadakı müharibəyə daha dərindən cəlb olunmamağa çalışmasının əsas səbəbidir. Gərginlik aydındır: demək olar ki, heç kim NATO-nun bu gün Ukrayna üçün birbaşa Rusiya ilə döyüşməli olduğunu düşünmür, lakin bir çoxları Ukraynaya alyansa daxil olmasına gedən yol vəd etməyi və gələcəkdə onun uğrunda mübarizə aparmağı öhdəsinə götürür. Dərginin vurğuladığı məsələ Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsidir - bu maddəyə görə, təşkilata üzv ölkələr silahlı hücuma məruz qalan hər hansı üzv ölkəyə mütləq şəkildə kömək etməlidir. Bu maddə NATO tarixində ilk və hələ ki, son dəfə 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra tətbiq olunub. Məqalədə Ukraynanın Alyans üzvlüyünə qəbul edilməsinin açıq şəkildə ABŞ-ın xarici siyasətinə və maraqlarına uyğun olmadığı göstərilib.
Moskvanın mövqeyi qətidir...
Bu təklif qlobal səviyyədə Ukrayna - Rusiya qarşıdurmasının miqyasının böyüdülməsi, NATO-nun aktiv şəkildə bu münaqişəyə cəlb edilməsi deməkdir. Eyni zamanda, belə bir hal yaşanacağı təqdirdə Rusiyanın 2022-ci ildən bəri elan etdiyi “qırmızı xətti” tapdanacaq - Moskva bəyan edib ki, NATO onun postsovet sərhəddində özünün “qalasını” qura bilməz. Əvvəlcə “centlemen sazişi” ilə razılaşdırılan bu məsələ sonradan Kreml tərəfindən açıq kontekstdə bəyan olunmuşdu. Moskva bu gün də eyni fikirdə qalır - Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya Federasiyası üçün qətiyyən qəbuledilməzdir və hər hansı sülh sazişinin bir hissəsi ola bilməz. “Mən dərhal təsdiq etmək istəyirəm ki, Ukraynanın NATO-ya hər hansı formada üzvlüyü Rusiya üçün tamamilə qəbuledilməzdir və heç bir sülh planlarının və ya vasitəçilik təşəbbüslərinin bir hissəsi ola bilməz”, - diplomat qeyd edib.
Qərb fikrini dəyişib...
Görünən budur ki, Ukraynanın quruma mümkün üzv edilməsi prosesi yenidən təxirə düşür. Vaşinqton Zirvəsindən sonra ümidlənən Kiyev artıq vəziyyəti soyuq başla təhlil etməli olduğunu görür. NATO Rusiyaya qarşı qəti və kollektiv mübarizə təşkil etmək fikrindən uzaqdır. Artıq Qərbin aparıcı gücləri olan bəzi dövlətlər belə Rusiyaya münasibətdə aqressiyanı deyil, mümkün kompromisi daha effektiv alternativ kimi qəbul edir. Bu dövlətlər Avropa coğrafiyasını fərqli maraqların savaş poliqonu kimi görmək istəmirlər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

