Fransız nazir və parlamentarilər narkotik istifadəsində ittiham olunurlar
25.10.2024 [15:07]
Fransa vətəndaşlarına qeyri-demokratik görünən Mişel Barnyenin hökuməti xalqı inandırmaq üçün mübarizə apardığı vaxtda onun nazirləri narkotik istehlakında ittiham olunurlar. 2024-cü il qanunvericilik seçkilərindən sonra solçular nisbi çoxluq əldə etsələr də, heç kim Respublikaçının Baş nazir təyin ediləcəyini gözləmirdi. Daha da pisi odur ki, təyin olunan yeni nazirlərin demək olar, hamısı Respublikaçılar və ya “Renessans” (Renaissance) yəni, Emmanuel Makronun partiyasındandır.
Bu təəccüblü təyinatdan sonra prezident və onun köməkçiləri populyarlıqlarını və etimadlarını itirdilər. Xüsusilə o vaxtdan bəri, 3000 milyard avrodan çox dövlət borcunu ödəmək üçün yollar axtarılır, Barnye hökuməti hətta vergiləri artırmağı planlaşdırır.
Belə çətin bir vəziyyəti daha da pisləşdirmək üçün yeni qalmaqal yaranıb və Barnye hökuməti daha böyük problemlə üzləşib. Bəzi məmurlar M.Barnyenin nazirlərini narkotikdən istifadədə ittiham edirlər. Hətta mediada bununla bağlı ciddi ittihamlar səsləndirilib. Sosial şəbəkələrdə dolaşan xəbərlər vətəndaşların yeni hökumətə qarşı narazılığını daha da artırır.
Bu məsələ nazirlərinə qarşı onsuzda qəzəbli olan E.Makronu sakitləşdirə bilməz. Narkotik məsələsini ekoloq senator Melani Vogel qaldırıb. “Nazirlərin, deputatların, senatorların, bələdiyyə başçılarının qan testini aparacağıq, Brüno Rötayo (daxili işlər naziri) narkotik istehlakının onun hökumətində də olduğunu aşkar edəcək”, - deyə M.Vogel BFM televiziyasında deyib. Verilişin aparıcısı bu ittihamların çox ciddi olduğunu deyib, ancaq bu mövzuda təkcə M.Vogel deyil, digər deputatlarda belə ittihamlar səsləndiriblər. “Narkotiklər hər yerdə var, redaksiyanızda, RMC-də, Milli Assambleyada”, - deyə başqa bir deputat RMC radiosunda deyib.
Deputatların, senatorların narkotik istehlakı məsələsi deputat Endi Kerbranın narkotik alarkən yaxalanmasından sonra gündəmin əsas mövzularından birinə çevrilib. Bəzi deputatlar hər iki palatada (Milli Assambleya və Senat) başqa asılılıq problemləri olduğunu da deyirlər.
Deputat Endi Berbra isə narkotik alarkən yaxalandığını etiraf edib. O, müalicəyə başlayacağını bildirib. Deputat X platformasında izah edib ki, narkotik maddə saxlamağa görə yoxlanılıb. Bu məlumatı ictimailəşdirən “Valeurs actuelles”ə görə, onun əlində Fransada istehlakı geniş yayılmış 1,35 qram çəkidə sintetik narkotik olub.
Endi Berbra şəxsi problemləri və psixoloji zəifliklərini həll etmək üçün sintetik narkotiklərdən - “3-MMC”dən istifadə etdiyini bildirib. Əlavə edib ki, narkotikdən asılılığa görə müalicə alacaq.
Sosial şəbəkələrdə eyni partiyadan olan həmkarları E.Berbranı müdafiə edərək onun xəstə olduğunu bildiriblər və ona tez sağalaraq işinə qayıtmasını arzulayıblar. Digər müxalif partiyalardan olan deputatlar isə Berbranın narkotik istifadə etməsini onun seçicilərinə - nantlılara qarşı təhqir olduğunu bildiriblər.
Qeyd edək ki, bundan əvvəl də fransız senator qadın həmkarını evinə dəvət edərək ona xəbəri olmadan narkotik vermişdi.
Kokainə alternativ kimi hesab olunan “3-MMC” Fransada getdikcə daha çox istehlak edilən və ucuz narkotikdir.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

