İsveç təbiətin xilas edilməsi üzrə plan hazırlayır
04.11.2024 [14:34]
İsveç təbiətin mühafizəsini, habelə 2030-cu ilə qədər quru və dənizlərin 30 faizinin qorunmasını və tükənmiş ekosistemlərin 30 faizinin bərpasını tələb edən qlobal biomüxtəliflik sazişinin bir hissəsini yerinə yetirmək üçün ciddi tədbirlər görməlidir.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının üzvü olan İsveç 2023-cü ilin avqustunda qəbul edilmiş və 2030-cu ilə qədər bütün quru və dəniz ərazilərinin 20 faizinin bərpasına başlanılmasını tələb edən Təbiətin Bərpası Qanununu həyata keçirməli olacaq.
Yeni qanunvericiliyin bir hissəsi olaraq, İsveç hökuməti Ətraf Mühit Agentliyinə təbiətin bərpası üçün Milli Plan hazırlamağı tapşırıb. Məsələ artıq gələn il fevralın 15-də öz nəticələrini təqdim etməli olacaq parlamentin ekoloji məqsədlərlə bağlı komissiyasında ciddi müzakirələrə səbəb olub. Bununla belə, hökumət tədbirləri məhdudlaşdırmağa çalışır, həmin planın minimum məqbul səviyyədə həyata keçirilməsində israr edir ki, bu da alimlərin və ekoloqların tənqidinə səbəb olub. Beləliklə, İsveç Kənd Təsərrüfatı Universitetinin (SLU) Bioloji Müxtəliflik Mərkəzinin tədqiqatçısı Torbjörn Ebenhard qeyd edir ki, bu yanaşma hədəflərə çatmağı təhlükə altına alır.
Əsas məqsədlərə meşələrin, otlaqların və bataqlıqların bərpası daxildir. Belə ki, hazırda 150 illik intensiv istifadədən sonra meşələrin bərpasına ehtiyac var və mövcud ehtiyatlar həm sənayenin ağaca olan tələbatını ödəmək, həm də biomüxtəlifliyi qorumaq üçün kifayət deyil. Ekologiya professoru Benqt-Qunnar Yonsson izah edir ki, meşələrin bərpası təbii ehtiyatlara müsbət təsir göstərən ərazilərin davamlı idarə edilməsi üsullarını əhatə edə bilər.
Bataqlıqların biomüxtəlifliyinin bərpası da əhəmiyyətli səylər tələb edir. İsveçin bataqlıq növlərinin təxminən 80 faizi pis vəziyyətdədir. Aİ qanunvericiliyi biomüxtəlifliyin bərpası və iqlim məqsədləri üçün torf torpaqlarının yenidən islanması arasında müqayisə aparır.
Bundan əlavə, yüksək biomüxtəlifliyə malik təbii otlaqları saxlamaq üçün örüşlərdə heyvanların sayının artırılması lazımdır. SLU tədqiqatçıları təbii otlaq tələbatını ödəmək üçün əlavə 150 min ətlik inək lazım olduğunu təxmin edirlər. Onlar, həmçinin vurğulayırlar ki, inəklərin otarılması metan emissiyaları ilə əlaqəli olsa da, onun biomüxtəlifliyə faydaları süni həşərat “mehmanxanaları” kimi hər hansı digər tədbirlərdən üstündür.
Bu tədbirlər paketinin həyata keçirilməsi əhəmiyyətli siyasi və iqtisadi problemdir, eyni zamanda, İsveçdə biomüxtəlifliyin bərpası və saxlanılması üçün vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

