Emmanuel Makron sosial şəbəkələrdə tənqid atəşinə tutulub
29.01.2025 [18:17]
Fransada Milli Assambleyanın buraxılmasından sonra Prezident Emmanuel Makronun siyasi təcridi daha çox müzakirə olunmağa başlayıb. Son günlər isə onun Luvr Muzeyinə səfəri geniş rezonans doğurub.
AZƏRTAC xəbər verir ki, Luvr Muzeyinin direktoru mədəniyyət nazirinə ünvanladığı məktubda muzeyin bir çox hissəsinin qəzalı vəziyyətdə olduğunu, texniki avadanlıqların köhnəlməsini və temperatur dəyişikliklərinin konservasiya işlərinə təhlükə yaratdığını vurğulayıb. Həmçinin ziyarətçilər üçün şəraitin pisləşdiyini bildirib. Prezident Makron da bu narazılıqlar fonunda muzeyi ziyarət edib.
Lakin yerli mətbuat onun bu addımını siyasi məqsədlərlə izah edərək, zəifləmiş mövqeyini gücləndirmək və mandatını bərpa etmək cəhdi kimi qiymətləndirib. Hətta bu səfərin Parisin məşhur “Notre Dame” Katedralının təmirinə bənzər bir layihənin başlanğıcı kimi təqdim olunduğu iddia edilib.
Müzakirələr fonunda sosial şəbəkələrdə qəribə iddialar yayılıb. Belə ki, Luvrun təmiri üçün yüz milyonlarla avro lazım olduğu, dövlət borcunun isə rekord səviyyədə olduğu nəzərə alınaraq, Makronun muzeyin ən qiymətli əsərlərindən biri – “Mona Liza”nı satmaq niyyətində olduğu barədə şayiələr ortaya çıxıb.
Bu xəbər yayıldıqdan sonra “X” sosial şəbəkəsində minlərlə istifadəçi kəskin reaksiya verib. Bəzi paylaşımlarda “Sən abırsızsan, fransız irsini satmaq qəbuledilməzdir” kimi sərt ifadələr işlədilib. Digər istifadəçilər isə “Təmir edilmiş muzeyə heç kim gəlməyəcək, çünki hamı “Mona Liza”nı görmək üçün başqa yerə gedəcək” kimi ironiya ilə cavab veriblər.
Sosial mediada sürətlə yayılan bu iddialar “Feysbuk” və “TikTok” kimi platformalarda da geniş müzakirə edilib. Hətta mətbuatda bu xəbərin tamamilə yalan olduğu açıqlansa da, Makrona qarşı təhqir və tənqidlər səngiməyib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38

