Avropa İttifaqı narahatdır...
22.02.2025 [11:58]
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edəcəkmi?
Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin həllinə yanaşması Avropa İttifaqını ciddi narahat edir. Çünki bir sıra Avropa ölkələri hazırda ABŞ-ın Rusiyanın maraqlarına uyğun sülh planı təqdim edəcəyini düşünür.
Aİ diplomatları ehtiyatlanırlar
Belə bir şəraitdə Avropa İttifaqının diplomatları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanırlar. “Financial Times” qəzetinin mənbələrinə istinadla yaydığı məlumata görə, avropalı diplomatlar ABŞ-ın hələ ki, Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq və hətta onları gücləndirmək niyyətində olduğuna dair siqnallar alır. Lakin bu, Tramp administrasiyasının Rusiya ilə iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq məqsədlərilə ziddiyyət təşkil edir. Odur ki, Brüssel Vaşinqtondan gələn ziddiyyətli bəyanatlar səbəbindən ABŞ-ın məhdudiyyətləri aradan qaldıracağından ehtiyatlanır. “Əgər ABŞ Moskvaya qarşı məhdudiyyət tədbirlərini ləğv edərsə, Rusiya qlobal maliyyə səddindəki boşluqdan istifadə edərək bir çox sahələrdə həmişəki kimi normal fəaliyyət göstərə biləcək”, - deyə nəşr vurğulayır.
Qeyd edək ki, fevralın 19-da Avropa İttifaqının daimi nümayəndələri ABŞ-ın ziddiyyətli yanaşmaları fonunda Rusiyaya qarşı sanksiyaların növbəti 16-cı paketi ilə bağlı razılığa gəliblər. Onların razılaşdığı paket daha sonra təsdiq üçün Avropa İttifaqı ölkələrinin liderlərinə göndəriləcək. “Sanksiyalar daha 13 bankı və ölkə donanmasının 73 tankerini hədəf alacaq”, - deyə nəşr bildirib. Həmçinin yeni sanksiyalar paketinə Avropa İttifaqı ölkələri üçün Rusiya alüminiumundan hazırlanan bəzi məhsulların alınmasına “mərhələli” qadağa da daxil olacaq. Bəzi məlumatlara görə isə qadağa bu metaldan hazırlanan məhsul növlərinə deyil, Rusiyadan gələn ilkin alüminiuma təsir edəcək.
Aİ Ukrayna danışıqlarında fəal iştirak etmək niyyətindədir
Bütün bunların fonunda Avropa İttifaqı Ukrayna ilə bağlı danışıqlarda fəal iştirak etmək istəyir. Bir neçə gün öncə “Veymar üçbucağı - plyus” formatında Xarici İşlər nazirliklərinin (Fransa, Polşa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna və Avropa Komissiyası) rəhbərlərinin birgə bəyanatına əsasən, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli üçün istənilən mümkün danışıqlarda iştirak etməlidir. Bu bəyanat Ər-Riyadda ABŞ-Rusiya danışıqları ərəfəsində verilmişdi. Bəyanatda deyilirdi ki, “biz amerikalı müttəfiqlərimiz ilə Ukraynadakı münaqişənin həlli üzrə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədimiz Ukraynanın mövqeyini gücləndirmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqlarda iştirak etməlidir”. Xarici İşlər nazirliklərinin rəhbərləri “Ukraynada ədalətli və davamlı sülhün davamlı Transatlantik təhlükəsizliyin zəruri şərti olduğunu” vurğulayıblar.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hələ fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynada nizamlanma perspektivlərini müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatlara tezliklə son qoyulması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub. Putin, öz növbəsində, münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, sülh danışıqları yolu ilə uzunmüddətli nizamlanma əldə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat verib. ABŞ administrasiyasının rəhbəri “Truth Social” şəbəkəsində yazıb ki, Moskva və Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlayacaq.
Brüsseldə Kiyevə silah tədarükünü əlaqələndirən Qərb Təmas Qrupunun son iclasında çıxış edən Pentaqon rəhbəri Pit Heqset isə Ukraynanın 2014-cü ildə mövcud olmuş sərhədlərinə qayıtmağın “qeyri-real bir məsələ” olduğunu vurğulayıb. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını da istisna edib. Heqset Avropaya xəbərdarlıq edib ki, Tramp administrasiyasının fikrincə, Aİ öz təhlükəsizliyinə cavabdeh olmalıdır. Tramp daha sonra Heqsetin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının mümkünsüzlüyü barədə sözlərini misal çəkib.
Marko Rubio: Ər-Riyadda Moskvaya qarşı sanksiyaların ləğvi müzakirə edilməyib
Aİ-nin narahatlığı fonunda ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə müsahibəsində deyib ki, ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqlarda Moskvaya qarşı sanksiyaların ləğvini və ya ərazi məsələlərini müzakirə etməyiblər: “Biz detallar, o cümlədən ərazi məsələləri üzrə danışıqlar aparmamışıq”. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında baş tutan danışıqlar Ukraynada sülh prosesinin perspektivlərinin müzakirəsinə həsr olunub.
Dövlət katibi Avropa İttifaqının Rusiyaya qarşı öz sanksiyalarının da olduğunu xatırladaraq deyib: “Biz bütün sanksiyaları aradan qaldırsaq, hərçənd bu məsələ müzakirə edilməyib, avropalılar da analoji addım atmalı olacaqlar. Bunun üçün nə vaxtsa onların hamısı ilə məsləhətləşmək lazım gələcək, lakin biz hələ o mərhələdə deyilik”. Marko Rubio, həmçinin ukraynalıların Vaşinqtonun niyyətini bildiyini və Kiyevlə müntəzəm müzakirələrin aparıldığını qeyd edib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bəyan edib ki, Kiyev və Avropa ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq niyyətini ciddi qəbul etməlidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35

