Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan ilə Çin arasında dəmir yolu yükdaşımaları illik artım göstərir

Qazaxıstan ilə Çin arasında dəmir yolu yükdaşımaları illik artım göstərir

06.03.2025 [13:16]

Sian şəhərindəki yeni Qazaxıstan-Çin terminalı istifadəyə verildiyi gündən əhəmiyyətli nəticələr göstərir.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün terminalın gücü ildə 133 min TEU təşkil edir. Son bir ildə bu mərkəz vasitəsilə tranzit daşımaların həcmi 276 min tonu ötüb. 2025-ci il üçün planlara 456 min ton daşıma daxildir.

Qeyd olunur ki, ümumilikdə, 2024-cü ildə Sian Quru Limanından Çin-Avropa istiqamətinə beş mindən çox qatar göndərilib ki, bu da tarixi rekorda çevrilib. Həmçinin marşrut üzrə bütün daşımaların 25 faizini təşkil edir.

TITR marşrutunun əsas qovşağı kimi Sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində keçən il daşımaların həcmi 33 dəfə artıb.

Ümumilikdə, Qazaxıstan ilə Çin arasında dəmir yolu yükdaşımaları illik artım göstərir. Məlumatda deyilir: “Birgə layihə Qazaxıstan istiqamətində hərəkət edən bütün konteyner qatarlarının 40 faizə qədərini birləşdirən Sian quru limanında Qazaxıstan-Çin terminalı yüklərin həcminin artırılmasında mühüm rol oynayır”.

Paylaş:
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31