Türkiyədə inflyasiya azalır
08.03.2025 [09:33]
Hökumət əlverişli qiymət mühitində uçot dərəcəsini endirməkdədir
Türkiyə Mərkəzi Bankı yanında Pul Siyasəti Komitəsi martın 6-da keçirdiyi iclasda uçot dərəcəsini 2,5 bənd azaldaraq 45 faizdən 42,5 faizə endirib. Qərar ölkədəki faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapozunu, həmçinin, daxili və xarici amillərinin əlverişli olması ssenarisi nəzərə alınmaqla verilib. Mərkəzi Bankın sədri Fatih Karahanın sözlərinə görə, 2025-ci il başlayandan uçot siyasəti ilə bağlı ümumilikdə 3 qərar verilib və bu qərarla birlikdə faiz stavkası ümumilikdə 7,5 bənd azaldılıb. Mövcud muhit inflyasiya ilə bağlı risklərin azalmağa doğru getdiyini şərtləndirdiyindən hökumətin növbəti iclasda yenidən uçot faizlərini endirəcəyi ehtimal olunur.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 2020-ci ildən sonra uçot dərəcələrinin artırılması istiqamətində qərarlar qəbul etsə də, 2024-cü ildən başlayaraq faiz endiriminə gedən kurs yürütməkdədir. Nəticədə son bir ildə ölkə üzrə uçot dərəcəsi 60 faizlik nisbətdən 42,5 faizlik həddə qədər düşüb. Təkcə 2024-cü ilin dekabrında 50-nin üzərində olan uçot dərəcəsi siyasəti xeyli yumşaldılmaqla 10 faiz bəndə yaxın azalıb.
İnflyasiya 70 faizdən 40 faizə düşüb
Mövcud qərar onu göstərir ki, Türkiyə hökuməti sabit pul siyasəti yürüdülməsinə üstünlük verir və ölkədə inflyasiyaya nəzarət alətlərinə güvənməklə sərt pul siyasətindən liberal siyasətə keçidi ön plana çıxarıb. Son aylarda əsas mallar üzrə qiymət indekslərinin azalması, idxal inflyasiyası risklərinin xeyli neytrallaşması müşahidə edilir ki, bu da pul bazarında riskləri azaldır. Hazırda ölkədə inflyasiya faizi təxminən 40 faiz təşkil edir ki, bu da ötən ilki 70 faizlik qiymət indeksinə nisbətən 50 faiz azalma deməkdir. F. Karahanın sözlərinə görə, inflyasiya gözləntiləri ümidvericidir və ilin sonunda bu rəqəmin 24 faiz qədər düşəcəyi fərz edilir. Bu isə qarşıdakı aylarda istehlak bazarı və bank sektorundakı risk faktorlarını daha da zəiflədəcək. Nəticədə pul bazarında əlverişli çərçivə, o cümlədən kredit və depozit seqmentlərində sərfəli dəhlizin formalaşması türk lirəsinin də dəyərinin sabitləşməsinə, hətta real bahalaşmasına zəmin yaradır.
Hökumətin cari ilin ilk 2 aylıq makroiqtisadi təhlillərinə əsasən, ölkə iqtisadiyyatı getdikcə risklərə daha çox davamlılıq nümayiş etdirir ki, da da güclü istehsal və emal bazasının sütunlarına əsaslanır. Ölkədə milli ixrac və yığımların artması tədiyyə balansının cari vəziyyətini də yaxşılaşdırmaqdadır. Ötən 2 ayda qeydə alınan 4 faizə yaxın ÜDM-in artım templəri iqtisadiyyatın hərarətinin davamlılığını təmin etməklə, qiymətlər bazarında da sabitlik üçün nikbin ssenarilər vəd edir. Hökumət mövcud inkişaf çərçivəsinə əsaslanaraq əlverişli qiymət sabitliyi fonunda sistemli və iradəli islahatlar aparır.
İqtisadiyyata kapital qoyuluşları artır
Türkiyənin xəzinədarlıq və maliyyə naziri Məhmət Şimşəkin sözlərinə görə, ölkə iqtisadiyyatında sabitləşmə bank və maliyyə institutlarının kapital qoyuluşlarının ötən il 10,8 faiz artmasına səbəb olub. Ötən il xarici ticarətdə ixracın böyüməsi hesabına tədiyyə balansında müsbət saldo yaranıb ki, bu da milli gəlirlərin böyüməsini təmin edir. Bu amil daxili rezervlərin sabitliyini də möhkımləndirir. Türkiyənin strateji valyuta ehtiyatları pul bazarındakı kəskin tələb və gərginliklər səbəbindən son 2 il ərzində azalmağa doğru gedirdisə, hazırda azalma dayanıb. Türkiyə Mərkəzi Bankının açıqlamasına görə, ölkənin valyuta ehtiyatları iki il əvvəldəki 90 milyard dollardan 95 milyard dollara çatıb. Ötən il Türkiyənin iqtisadiyyatının əksər sektorlarında da dayanıqlılıq güclənib, ölkənin turizm sektoru, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı, texnologiaylar və avtomobil və hərbi sənayesi daha da böyüyərək inkişafın və maliyyə sabitliyinin təmin edilməsində mühüm rol oynayıb. Cari ildə turizm və sənaye sektorunda, eləcə də aqrar bölmələrdə proqnozlaşdırılan artım dinamikası əlavə dəyərin yaranmasına töhfə verməklə, qardaş ölkənin iqtisadiyyatının gücünü möhkəmləndirə bilər.
Beləliklə, Türkiyə hökumətinin yürütdüyü təmkinli pul siyasəti makroiqtisadi tarazlığın qorunmasına mühüm töhfələr verir. Bu ssenarinin ən mühüm istiqaməti isə inflyasiya risklərinin azalması fonunda uçot siyasətinin yumşaldılmasını təşviq edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 16:47

Elm
27 Mart 15:26

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44
