/ / Almaniya: Xristian birlik partiyaları və SPD koalisiya müzakirələrinə başlamaq üçün əsas məsələlərdə razılığa gəlib
Almaniya: Xristian birlik partiyaları və SPD koalisiya müzakirələrinə başlamaq üçün əsas məsələlərdə razılığa gəlib
09.03.2025 [11:26]
Almaniyada fevralın 23-də keçirilən parlament seçkilərinin qalibi Xristian birlik partiyaları (CDU/CSU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında koalisiya müzakirələrinə başlamaq üçün əsas məsələlər barədə razılığın əldə olunduğu açıqlanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə CDU sədri Fridrix Merts, CSU sədri Markus Söder, SPD-nin həmsədrləri Lars Klinqbayl və Saskia Esken Berlində təşkil olunan birgə mətbuat konfransında məlumat veriblər.
Fridrix Merts müzakirələrdə miqrasiya, maliyyə, əmək bazarı, iqtisadiyyat mövzularının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, yeni hökumətin fəaliyyətə başlayacağı gündən etibarən sərhəd yoxlamalarını ciddi şəkildə artıracağını, ölkədən sığınacaq almaq üçün müraciətlərlə bağlı sərhədlərdən geri qaytarmaların həyata keçiriləcəyini açıqlayıb. Həmçinin ölkə iqtisadiyyatının 1-2 faizlik böyümə hədəfinin müəyyən edildiyi elan olunub.
SPD-nin həmsədri Lars Klinqbayl “ilk mühüm addım” kimi dəyərləndirdiyi razılaşma sənədində sənaye üçün ucuz elektrik enerjisi tarifinin və elektromobillər üçün "satınalma dəstəyi"nin nəzərdə tutulduğunu vurğulayıb.
CSU sədri Markus Söder isə mühacirlərin ailə birləşməsinin dayandırılacağını, Əfqanıstandan könüllü qəbulla bağlı uçuşların artıq həyata keçirilməyəcəyini bildirib.
Mətbuat konfransında iqtisadiyyatın inkişaf etdirilməsi üçün investisiya təşviqlərinin tətbiqi, institusional vergi islahatlarının həyata keçirilməsi, sosial yardım sistemində dəyişiklik edilməsinin də planlaşdırıldığı elan olunub. Ümumilikdə 11 səhifəlik ilkin sənəddə xeyli mövzuya toxunulub. Bir sıra məsələlər isə başlayacaq koalisiya müzakirələrində dəqiqləşdiriləcək.
Koalisiya müzakirələri partiyaların rəhbər orqanlarının qərarından sonra rəsmən başlayacaq. Almaniyanın mümkün yeni Baş naziri Fridrix Merts koalisiya müzakirələrinin sürətlə başa çatdırılmasının vacibliyini bildirib.
Xatırladaq ki, fevralın 23-də keçirilmiş federal seçkilərdə 28,52 faiz səslə birinci olan CDU/CSU ittifaqı Bundestaqdakı 630 deputat mandatından 208-nə sahib olub. Seçkilərdə 16,41 faiz səs toplayan SPD isə 120 deputat yerinə malikdir. Hökumətin qurulması üçün parlamentdə ən azı 316 deputat mandatı tələb olunur. Birlik partiyaları seçkilərdə 20,8 faiz səslə ikinci olan ifrat sağçı Almaniya üçün Alternativ partiyası (AfD) ilə koalisiyaya qəti şəkildə qarşı çıxdığı üçün CDU/CSU - SPD koalisiyası ən mümkün variant olaraq ortaya çıxır.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25

