Rusiyanın Avropaya neft satışından əldə etdiyi gəlirlər aşağı düşüb
19.03.2025 [22:19]
2025-ci ilin yanvar ayının nəticələrinə görə, Rusiya neftinin Avropa İttifaqı ölkələrinə tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 505,4 milyon avroya enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Xidməti – “Eurostat” məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin avqustundan bəri qeydə alınan ən aşağı göstəricidir. Beləliklə, Rusiya Avropa İttifaqına neft ixrac edən ölkələr arasında 13-cü yerdə qərarlaşıb. Siyahıda ilk üç yeri Norveç (3,5 milyard avro), ABŞ (3,3 milyard) və Qazaxıstan (2,6 milyard) tutub.
Macarıstan Avropa regionunda Rusiya neftinin əsas alıcısıdır. 2025-ci ilin əvvəlində Budapeşt Rusiyadan ümumilikdə 212,8 milyon avro dəyərində xam neft alıb. Bu göstəriciyə görə sonrakı yerlərdə Slovakiya (170,4 milyon avro) və Çexiya (122,2 milyon avro) qərarlaşıb.
Qeyd edək ki, Moskvaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqindən sonra Rusiyadan Avropa İttifaqı ölkələrinə xammalın tədarükü durmadan azalır. 2022-ci ilin dekabrında Brüssel Rusiya neftinin dəniz yolu ilə idxalına embarqo qoyub və bir barel xam neft üçün qiymət tavanını 60 dollar müəyyən edib.
Buna baxmayaraq Avropa İttifaqının bir neçə ölkəsi, əsasən də Macarıstan, Slovakiya və Çexiyaya boru kəməri vasitəsilə Rusiyadan neft tədarükünü davam etdirib. Lakin Rusiyanın Energetika və Maliyyə İnstitutunun analitikləri belə ixracın 2025-ci ildə əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırmışdılar. Onların proqnozuna görə, “Drujba” kəməri ilə Rusiyadan xammalın tədarükü dekabrın sonunadək təxminən 2 milyon ton azalaraq 11 milyon tona düşəcək. Ekspertlər, həmçinin 2025-ci ilin iyulunda Çexiyanın Rusiya xammalından imtina etməsi fonunda ixracatın daha kəskin - 10 milyonadək azalacağını düşünürlər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

