Almaniya hökuməti bu il də iqtisadi artım gözləmir
25.04.2025 [09:25]
Almaniyanın fəaliyyətdə olan federal hökuməti 2025-ci il üzrə iqtisadi artım proqnozunu sıfıra endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek Berlində keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bu il ümumi daxili məhsulda hər hansı artımın gözlənilmədiyini və Almaniya iqtisadiyyatının ardıcıl üçüncü il də durğunluq mərhələsində qalacağını qeyd edib. O, ABŞ-ın gömrük rüsumları ilə bağlı təhdidlərin və ticarət siyasətinin əsasən ixracata əsaslanan Almaniya iqtisadiyyatına dərindən təsir etdiyini vurğulayıb.
Ötən ilin oktyabrında 2025-ci ildə iqtisadi böyümənin 1,1 faiz olacağını proqnozlaşdıran hökumət ilin əvvəlində bu rəqəmi 0,3 faizə qədər azaltmışdı.
Avtomobil və maşınqayırma sahələrində Çin ilə ağır rəqabət nəticəsində ölkə iqtisadiyyatının ciddi çətinliklərlə üzləşdiyini deyən nazir ABŞ-ın ticarət siyasətinin də böyük qeyri-müəyyənlik yaratdığını bildirib.
Qeyd edək ki, Almaniyanın ümumi daxili məhsulunda 2023-cü ildə 0,3, ötən il isə 0,2 faiz azalma qeydə alınıb. Ardıcı iki il yaşanan iqtisadi durğunluqdan sonra 2025-ci ildə az da olsa inkişaf gözlənilirdi. Ölkənin bir sıra aparıcı iqtisadi araşdırma institutları açıqladıqları yaz hesabatlarında ümumi daxili məhsulun cari ildə 0,1 faiz, gələn il isə 1,3 faiz artacağını proqnozlaşdırmışdılar. Ancaq ABŞ-ın gömrük tarifləri siyasəti bu proqnozları şübhə altına qoydu. Almaniya G7 ölkələri arasında ardıcıl iki il ərzində iqtisadi böyüməyə nail olmayan yeganə ölkədir.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55

