Kanadada parlament seçkiləri keçirildi
30.04.2025 [08:58]
Liberal Partiya növbəti qələbəsini qazandı
Kanadanın hakim Liberal Partiyası ölkədə keçirilən parlament seçkilərində qələbə qazanıb. Aprelin 28-də keçirilən seçkinin ilkin nəticələri barədə Kanadada səsverməyə həsr olunmuş rəsmi internet saytında məlumat yayılıb. Məlumata görə, Baş nazir Mark Karninin rəhbərlik etdiyi liberallar 164 seçki dairəsi üzrə qələbə qazanıb. Səslər tam sayılmadığı üçün rəqəmlərin dəyişə biləcəyi gözlənilir - Kanada KİV-i qələbə qazanan partiyanın 167-dən artıq səs toplayacağına inanır. İcmalar Palatasında ikinci yeri isə 2015-ci ildən müxalifətdə olan sağ mərkəzçi Mühafizəkarlar Partiyası əldə edib - onlar son məlumata görə, parlamentdə 146 yer əldə ediblər. Siyahıda üçüncü yeri isə Kvebekin müstəqilliyini müdafiə edən “Kvebek Bloku” qazanıb - onlar parlamentdə 23 yer əldə edə biliblər.
Xatırladaq ki, Kanadanın qanunverici orqanı olan İcmalar Palatasında 343 deputat yeri var - parlament çoxluğunu əldə etmək üçün isə bu yerlərdən ən azı 172-si qazanılmalıdır. “Canadian Press” xəbər agentliyinin məlumatına görə, parlamentdə koalisiyanın qurulması da istisna olunmur. Səsvermələrin son nəticəsi isə ölkənin ən qərb əyaləti olan Britaniya Kolumbiyasında nəticələr açıqlanana qədər davam edə bilər.
Proqnozlar özünü doğrultmadı...
Qeyd edək ki, seçkilər cəmisi bir neçə ay öncə proqnozlaşdırılan nəticələr üzrə etməyib - “Reuters” xəbər verir ki, bir neçə ay əvvəl kanadalılar sorğularda Piyer Poiliyevrenin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasına üstünlük verirdilər. Bu, Kanadanın keçmiş baş naziri və Liberal Partiyasının lideri Castin Trüdonun apardığı siyasətə etiraz idi - son illərdə ölkədəki qiymət artımı, mənzil böhranı və immiqrasiya problemləri səbəbindən hakim partiya hətta tərəfdarları arasında populyarlığını itirmişdi. Trüdonun 2025-ci ilin yanvarında istefasını elan etməsi və onu liberalların namizədi Mark Karninin əvəz etməsi isə situasiyanı dəyişdi. Məhz Karninin son çıxışları, apardığı siyasi kurs Kanada İcmalar Palatasına seçkilərdə Liberal Partiyanın yenidən önə çıxmasını təmin etdi.
Trampın Karniyə “köməyi”
Kanadalı seçicilərin yenidən liberallara üstünlük verməsində müəyyən mənada ABŞ Prezidenti Donald Trampın da “xidməti” var. Belə ki, ABŞ prezidenti hələ səlahiyyətlərinin icrasına başlamazdan öncə Kanadanı “51-ci ştat” adlandırmışdı. Eyni zamanda, Kanada Trampın “ticarət müharibəsi”nə başladığı ilk ölkələrdən biri idi. Bu fonda Karninin “anti Tramp” kursu seçicilərin dəstəyinin qazanılmasında əsaslı rola malik oldu. O, Vaşinqtonun iqtisadi siyasətinə və ilhaq təhlükəsinə qarşı möhkəm dayanacağına söz verdi. Eyni zamanda, Karni ölkənin ABŞ-dan asılılığını azaltmaq üçün Kanada büdcəsindən milyardlarla dollar xərcləmənin zəruriliyi barədə xəbərdarlıq etdi.
“Baş bankir”likdən baş nazirliyə...
Artıq qələbə münasibətilə təbriklər edilir - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Böyük Britaniyanın baş naziri Key Starmer Mark Karnini ilk təbrik edənlərdən olublar. Karni qələbə nitqində Kanadanın indi tarixin “dönüş nöqtəsində” olduğunu söyləyib. “Prezident Tramp bizi sındırmağa çalışır ki, Amerika bizi ələ keçirsin. Bu, heç vaxt, heç vaxt baş verməyəcək”, - liberal lider vurğulayıb. Ottavada tərəfdarlarına II Dünya müharibəsindən bəri Kanada ilə ABŞ arasında mövcud olan qarşılıqlı faydalı münasibətlər dövrünün başa çatdığını deyən Karni ABŞ-ın xəyanətinin dərslərini heç vaxt unutmamalı olduqlarını önə çəkib. Bildirib ki, Kanada öz vətəndaşlarının rifahını Birləşmiş Ştatlar olmadan da təmin edə bilər.
Mark Karni deyib ki, o, yaxın günlərdə “iki suveren və müstəqil dövlətin” gələcəyini müzakirə etmək üçün Donald Trampla danışmağı planlaşdırır.
Qeyd edək ki, 60 yaşlı Mark Karni əvvəllər heç vaxt seçkili vəzifə tutmayıb. Bu ilin mart ayında isə baş nazir postunda Castin Trüdonu əvəz edib. O, investisiya üzrə fəaliyyət göstərir. İqtisadi böhran illərində Kanadanın mərkəzi bankına, Brexit dövründə isə Böyük Britaniyanın mərkəzi bankına rəhbərlik edib. Karni baş nazir kimi and içməyəcək - o, həmin vəzifəni tutduğu üçün buna ehtiyac qalmayacaq. Karninin nazirlər kabinetinə yüngül dəyişiklik edəcəyi gözlənilir. Çünki Liberal Partiya parlamentdə lazım olan səs çoxluğunu qazana bilməyib. Çünki Mühafizəkarlar da parlamentdəki yerlərinin sayını çoxaldıb - əvvəlki parlamentdə onların sayı 120 idi.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

