/ / Üztanıma texnologiyası bioloji xərçəngin nəticələrinin proqnozlaşdırılmasında yeni perspektivlər açır
Üztanıma texnologiyası bioloji xərçəngin nəticələrinin proqnozlaşdırılmasında yeni perspektivlər açır
10.05.2025 [16:27]
Bioloji yaşın xəstəlik nəticələrini proqnozlaşdırmaqda obyektiv göstərici ola biləcəyi fikrindən çıxış edən tədqiqatçılar süni intellektin üztanıma imkanlarını istifadə ediblər. ABŞ-dakı “Mass General Brigham” xəstəxanasının professoru Hüqo Erts və həmkarları “FaceAge” adlandırılan alqoritmi sayəsində xərçəng xəstələrinin bioloji yaşını və sağ qalma ehtimallarını adi üz fotosu əsasında proqnozlaşdıra biliblər.
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, araşdırma çərçivəsində ictimai məlumat bazalarından sağlam fərdlərə aid 58 851 üz fotosu istifadə edilərək “FaceAge” alətinə yerləşdirilib. Sonra bu alqoritm radioterapiya müalicəsi qabağı fotoları çəkilmiş 6196 xərçəng xəstəsi üzərində sınaqdan keçirilib. Alqoritm xərçəng xəstələrinin sağlam insanlarla müqayisədə orta hesabla beş yaş daha yaşlı göründüyünü aşkar edib və bu fərq ümumi sağ qalma ehtimalları ilə sıx əlaqəli olub.
Xərçəng xəstələri arasında daha yaşlıları cins, xronoloji yaş və xərçəng növü kimi dəyişənlərə düzəliş edildikdən sonra daha pis sağ qalma nəticələri göstəriblər. Ən diqqətçəkən müşahidələrdən biri “FaceAge”in palliativ radioterapiya alan xəstələrin ömür proqnozlarında daha dəqiq nəticələr göstərməsi olub. Klinik kontekstə baxmayaraq, mütəxəssislərin proqnozları yalnız təsadüfi ehtimaldan bir qədər üstün olub. Lakin “FaceAge” məlumatları təqdim edildikdə onların təxminləri əhəmiyyətli şəkildə yaxşılaşıb. “FaceAge” alətinin gələcəkdə müxtəlif xəstəxanalarda, xərçəngin müxtəlif mərhələlərində və plastik cərrahiyyə və makiyaj kimi təsirlər mövcud olduğu hallarda da etibarlılığının sınaqdan keçirilməsi planlaşdırılır.
Aparıcı müəlliflərdən Rey Mak qeyd edir ki, bu texnologiya yalnız xərçəngin nəticələrinin proqnozlaşdırılması ilə məhdudlaşmır: “Bu yanaşma yeni imkanlar açır. İnsanların qocalma trayektoriyasını daha dəqiq izləmək və müxtəlif xroniki xəstəliklərin erkən aşkarlanması üçün bu texnologiyanın etik və tənzimlənən çərçivədə tətbiqi həyat qurtaran rol oynaya bilər”.
Tədqiqat süni intellektin tibb sahəsində innovativ və potensial olaraq həyat dəyişdirən tətbiqlərinin nümunəsi kimi çıxış edir. Bu araşdırma gələcəkdə daha fərdi və dəqiq tibbi yanaşmalara yol aça bilər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45

