İranın Ali rəhbəri ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir
20.05.2025 [21:45]
İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli istiqamətində ABŞ-la aparılan danışıqların effektivliyinə şübhə ilə yanaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb.
“Həm sabiq prezident İbrahim Rəisi dövründə, həm də indi vasitəçilər tərəfindən aparılan danışıqlar nəticəsiz qalıb. İndi də onların nəticə verəcəyini düşünmürük”, - deyə İranın Ali rəhbəri bildirib. Onun sözlərinə görə, İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etmək böyük səhvdir. “Vaşinqtonun İrana uranı zənginləşməyə imkan verməyəcəkləri ilə bağlı bəyanatları qəbuledilməzdir. Bizə heç kimin icazəsi lazım deyil”, - deyə Xamenei vurğulayıb.
Bir müddət öncə Vaşinqton Tehranın uranı zənginləşdirməkdən imtina etməli və nüvə proqramını effektiv şəkildə məhdudlaşdırmalı olduğunu bəyan edib. İranın Xarici İşlər Nazirliyi isə öz növbəsində sanksiyaların aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirilməsinin həcmi və səviyyəsinin məhdudlaşdırılması ilə bağlı ABŞ-la müzakirələrə hazır olduqlarını, lakin nüvə proqramını dayandırmayacaqlarını bəyan edib.
Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. “Wall Street Journal” nəşrinin məlumatına görə, tərəflər arasında danışıqların beşinci raundu 24-25 mayda Romada keçirilə bilər.
Xəbər lenti
Hamısına baxSosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10

