Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniyanın bəzi bölgələrində quraqlıqla bağlı sudan istifadəyə məhdudiyyət tətbiq edilir

Böyük Britaniyanın bəzi bölgələrində quraqlıqla bağlı sudan istifadəyə məhdudiyyət tətbiq edilir

15.07.2025 [13:27]

Böyük Britaniyanın “Thames Water” şirkəti tərəfindən Svindon, Qlosterşir, Oksfordşir, Berkşir və Viltşir bölgələrində 1,1 milyon nəfəri əhatə edən müvəqqəti “su şlanqı qadağası” elan olunub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, qadağa iyulun 22-dən qüvvəyə minəcək. Şirkətin yaydığı məlumata görə, bu addım bölgədə yağıntının az olması və artan su tələbatı səbəbindən atılıb. Mövcud vəziyyət su ehtiyatlarının tükənmə həddinə çatmasına səbəb olub. Qadağa müddətində bağların suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması kimi məqsədlərlə su şlanqından istifadə etmək qadağan olunur. Qaydanı pozan şəxsləri min funt sterlinqədək cərimə gözləyir.

Eyni zamanda, Böyük Britaniyanın Ətraf Mühit Agentliyi Oksfordşir, Berkşir və Surrey bölgələrinin əksər hissəsində uzunmüddətli quraqlıq vəziyyəti elan edib. Şirkət region sakinlərini su sərfiyyatına daha məsuliyyətli yanaşmağa çağırıb.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31