/ / Britaniyada 200-dən çox təşkilat siyasi liderlərdən antimiqrant nifrət aksiyalarını dayandırmağı tələb edib
Britaniyada 200-dən çox təşkilat siyasi liderlərdən antimiqrant nifrət aksiyalarını dayandırmağı tələb edib
12.08.2025 [10:20]
Böyük Britaniyada 200-dən çox qaçqın təşkilatı, xeyriyyə fondu və həmkarlar ittifaqı ölkənin siyasi liderlərinə ünvanladıqları açıq məktubda antimiqrant etirazlarını alovlandıran zərərli və gizli nifrət axınlarının dayandırılması üçün təcili tədbirlər görülməsini tələb ediblər.
AZƏRTAC “Guardian”a istinadla xəbər verir ki, “Mülkiyyət Sahibi Qaçqınlarla Birlikdə” kampaniya koalisiyası tərəfindən hazırlanmış məktub “Amnesty International UK”, “City of Sanctuary UK”, “Doctors of the World” və bir çox önəmli qurumlar tərəfindən imzalanıb. Sənəd son həftələr ölkə üzrə sığınacaq axtaranların yerləşdirildiyi otellərin qarşısında keçirilən etiraz aksiyalarına cavab olaraq hazırlanıb. Bu aksiyalara bəzən antiirqçiliyi müdafiə edən qruplar da qarşılıq verib. Etirazlar, o cümlədən Reform UK partiyasının lideri Naycel Farac və Mühafizəkarlar Partiyasından Robert Cenrik kimi siyasətçilərin miqrasiya ilə bağlı yaydığı təxribat xarakterli bəyanatlar fonunda baş verib.
Keçən həftə Robert Cenrik kütləvi miqrasiyanın qadın və qızların təhlükəsizliyinə təhdid yaratdığını iddia edərək narazılıq doğurub. O, Londonda ötən il törədilən seksual zorakılıq hallarının 40 faizinin xarici vətəndaşlar tərəfindən edildiyi iddiasını təkrarlayıb, baxmayaraq ki, bu və digər bəyanatlar son günlərdə mübahisə və təkzib edilib.
Açıq məktubda deyilir: “Ölkə üzrə anti-qaçqın etirazları narahatedici mənzərədir və ötən yay baş verən iğtişaşların təkrarlanması ehtimalını düşündürür. Bu etirazların arxasında dayanan zərərli və gizli irqçilik, nifrət ritorikası mövcud sistemin uğursuzluğunun bariz sübutudur. Keçmişin parçalayacı siyasətinə, irqçi ritorikasına və demonizəedici dilinə son qoymaq sizin məsuliyyətinizdir. Yalnız bu halda nifrət yerinə həmrəylik, parçalanma yerinə birlik gətirmək mümkün olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

