NASA Uran planetinin yeni təbii peykini aşkarlayıb
20.08.2025 [18:44]
NASA-nın “James Webb” kosmik teleskopundan istifadə edən agentliyin Cənub-Qərb Tədqiqat İnstitutunun (SwRI) rəhbərlik etdiyi qrup Uranın orbitində əvvəllər naməlum olan təbii peyk müəyyən edib və planetin məlum peyk ailəsini 29-a çatdırıb. Bu kəşf kosmik teleskopun fevralın 2-də apardığı müşahidələrin təhlili zamanı edilib.
AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, SwRI-nin Kolorado ştatının Boulder şəhərində yerləşən Günəş Sistemi Elm və Kəşfiyyat Bölməsinin aparıcı alimi Maryam El Mutamid deyib: “Bu obyekt Yaxın İnfraqırmızı Kamera (NIRCam) tərəfindən çəkilmiş 40 dəqiqəlik uzun ekspozisiyalı şəkillər seriyasında aşkar edilib”. Onun sözlərinə görə, həmin göy cismi kiçik bir Aydır, hətta NASA-nın “Voyager 2” kosmik gəmisinin təxminən 40 il əvvəl uçuşu zamanı da nəzərə çarpmayıb.
Yeni kəşf edilən təbii peykin Uranın digər kiçik peykləri ilə oxşar əksetmə qabiliyyətinə (albedo) malik olduğu fərz edilərsə, diametrinin cəmi altı mil (10 kilometr) olduğu təxmin edilir. Bu kiçik ölçü onu “Voyager 2” və digər teleskoplar üçün görünməz edib.
Astronomlar bildirirlər ki, heç bir başqa planetdə Uran qədər kiçik daxili peyklər yoxdur və onların halqalarla mürəkkəb qarşılıqlı əlaqələri təbii peyklərə münasibətdə xaotik tarixə işarə edir. Üstəlik, yeni Ay əvvəllər məlum olan daxili təbii peyklərin ən kiçiyindən daha balaca və çox solğundur.
Yeni təbii peyk “Miranda”, “Ariel”, “Umbriel”, “Titaniya” və “Oberon” kimi ən böyük peyklərin içərisinə doğru dövr edən kiçik peyklərin mürəkkəb sisteminin 14-cü üzvüdür. O, planetin mərkəzindən təxminən 56 min kilometr məsafədə yerləşir və Ofeliya (Uranın əsas halqa sistemindən bir qədər kənardadır) və Bianka orbitləri arasında planetin ekvator müstəvisi ətrafında fırlanır. Peykin demək olar ki, dairəvi orbiti onun hazırda olduğu yerin yaxınlığında formalaşmış ola biləcəyini göstərir.
Tapılan təbii peykin adı astronomik obyektlərə rəsmi adlar və təyinatların verilməsində aparıcı orqan olan Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən təsdiqlənməlidir.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31

