/ / Almaniya hökumətində yer alan partiyalar hərbi xidmət haqqında qanun layihəsi barədə razılığa gəlib
Almaniya hökumətində yer alan partiyalar hərbi xidmət haqqında qanun layihəsi barədə razılığa gəlib
26.08.2025 [19:28]
Almaniyada federal hökumətdə yer alan partiyalar hərbi xidmət haqqında qanun layihəsi ilə bağlı razılığa gəlib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, hökumətin sözçüsü Stefan Kornelius Xarici İşlər Nazirliyinin layihə ilə bağlı iradı geri götürdüyünü və qanun layihəsinin hökumətin müzakirəsinə çıxarılacağını təsdiqləyib.
Xarici işlər naziri Yohan Vadeful bir müddət əvvəl bu layihəyə qarşı çıxmışdı. Lakin aparılan danışıqlardan sonra Y.Vadeful etirazını geri götürüb. Beləliklə, müdafiə naziri Boris Pistorius layihəni dəyişdirmədən Nazirlər Kabinetinə təqdim edəcək. Hökumət tərəfindən təsdiqləndikdən sonra layihə parlamentin müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında hərbi xidmətin necə təşkil olunmasına dair fikir ayrılığı var idi. İlk mərhələdə könüllülük prinsipinə üstünlük verən SPD İttifaqdan fərqli olaraq konkret çağırış hədəflərini müəyyən etmək istəmir. CDU isə qanun layihəsində əsgər sayının hər il necə artırılmasının qeyd olunmasını məqsədəuyğun hesab edir.
Qanun layihəsinin avqustun 27-də kabinetin Müdafiə Nazirliyində keçiriləcək iclasında təsdiqlənməsi nəzərdə tutulur. Bu, son 20 ildə nazirlikdə keçiriləcək ilk hökumət iclası olacaq. Hökumət bununla Bundesverə böyük önəm verdiyini nümayiş etdirmək istəyir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20

