NASA: Son 20 il ərzində Yer kürəsi daha çox istilik udmağa başlayıb
07.10.2025 [08:21]
ABŞ-ın Ohayo ştatının Hampton şəhərindəki NASA-nın “Langley” Tədqiqat Mərkəzindən Norman Loebin rəhbərlik etdiyi tədqiqatçılar qrupu peyk məlumatlarını təhlil edərək Şimal və Cənub yarımkürələri arasında əvvəllər məlum olmayan fərqi aşkara çıxarıblar.
NASA-nın məlumatına görə, 2001-ci ildən 2024-cü ilə qədər Yer tədricən qaranlıqlaşıb, yəni, Günəş işığını daha az əks etdirir. Üstəlik, alimlərin fikrincə, dəyişikliklər Şimal yarımkürəsində Cənub yarımkürəsindən daha çox nəzərə çarpır.
2001-2024-cü illər arasında peyk məlumatlarını təhlil edən araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, Cənub yarımkürəsi orta hesabla atmosferin yuxarı qatında parlaq enerji alır, Şimal yarımkürəsində isə xalis itki var. Lakin əvvəlki tədqiqatlar göstərib ki, tarazlığın pozulması ekvator boyunca enerjini cənubdan Şimal yarımkürəsinə daşıyan atmosfer və okean sirkulyasiyası ilə kompensasiya edilir.
Yeni araşdırma isə göstərir ki, bu dəyişiklik fərqləri tam kompensasiya edə bilməz.
Alimlər qeyd edirlər ki, Günəş radiasiyasının hər kvadratmetrə orta hesabla 240-243 vatt istehlakı ilə onillikdə hər kvadratmetrə 0,34 vatt sapma fərqi o qədər də böyük deyil. Buna baxmayaraq, bu dəyər statistik cəhətdən əhəmiyyətlidir.
Şimal və Cənub yarımkürələrində müşahidə olunan fərqlər atmosferdəki su buxarının və buludların tərkibindəki dəyişikliklər, eləcə də Yerin səthində albedonun (səthlərin əks etdirmə qabiliyyəti) dəyişməsi ilə izah edilə bilər.
Buz və qar Günəş işığını qaya və sudan daha çox əks etdirir. Tədqiqatçıların fikrincə, Şimal yarımkürəsinin qaranlıqlaşması dəniz buzunun və qar örtüyünün azalması ilə bağlıdır.
Bundan əlavə, Günəş işığının aerozollarla - atmosferdəki kiçik hissəciklər ilə qarşılıqlı təsiri mühüm rol oynayır. Bu hissəciklər kondensasiya nüvələri kimi çıxış edərək buludların əmələ gəlməsini təşviq edir və bu, öz növbəsində, Günəş radiasiyasını əks etdirməyə kömək edir.
Tədqiqatçılar müşahidə olunan tendensiyanı, məsələn, Avropa, ABŞ və Çində ətraf mühitin mühafizəsi tədbirləri nəticəsində Şimal yarımkürəsində incə hissəciklərin çirklənməsinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndiriblər.
2021-2022-ci illərdə Avstraliyada baş verən yanğınlar və Cənubi Sakit okeanda Hunqa-Tonqa vulkanının püskürməsi Cənub yarımkürəsində aerozolların artmasına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43

