Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya orta əsrlərə aid 73 sənədi Polşaya qaytarıb

Almaniya orta əsrlərə aid 73 sənədi Polşaya qaytarıb

02.12.2025 [13:25]

Almaniya orta əsrlər dövrünə aid 73 sənədi Polşaya qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu, Berlində keçirilən Almaniya-Polşa hökumətlərarası 17-ci məsləhətləşmə iclası çərçivəsində baş verib.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən, 1215-1466-cı illərə aid sənədlər İkinci Dünya müharibəsi zamanı alman ordusunun Polşanı işğalı dövründə Varşavadakı bir arxivdən götürülərək Almaniyaya gətirilib. Onlar uzun müddət gizli dövlət arxivində saxlanılıb. Həmin vaxt Polşadan 74 sənəd götürülsə də, onlardan biri gətirilərkən itmiş hesab edilir. Bundan əlavə, Müqəddəs Yakovun heykəlinin baş hissəsi də Polşaya qaytarılıb.

Almaniyanın mədəniyyət üzrə dövlət naziri Volfram Vaymer sənədləri polşalı həmkarı Marta Tsenkovskaya təqdim edib.

İclasdan sonra Almaniya Kansleri Fridrix Merts ilə Polşanın Baş naziri Donald Tusk mətbuata bəyanatlarında Berlin və Varşavanın əvəzolunmaz tərəfdaş olduğunu vurğulayıblar. Tərəflər müdafiə, nəqliyyat və xatirə siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanat qəbul ediblər. Həmçinin Ukrayna ilə bağlı davam edən danışıqlar və Avropanın təhlükəsizliyi məsələləri görüşün əsas mövzularından olub. Kansler Rusiyanın Ukraynaya hücumu fonunda Avropanın birliyinin kritik əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, Polşa ilə Almaniya arasında heç bir fikir ayrılığı olmamalıdır.

Polşanın Baş naziri Donald Tusk Almaniya hökumətini İkinci Dünya müharibəsi dövründə Polşada zərər çəkmiş şəxslərə dəstək mexanizmlərini sürətləndirməyə çağırıb. O qeyd edib ki, sağ qalan qurbanların sayı hər il azalır və qərarların gecikdirilməsi qəbuledilməzdir.

Kansler Fridrix Merts Almaniyanın tarixi məsuliyyətini bir daha təsdiqləsə də, reparasiya məsələsinin hüquqi və siyasi baxımdan bağlanmış hesab edilməsi barədə ölkəsinin mövqeyinin dəyişmədiyini bildirib.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Siyasət

Siyasi kodlar

02 Dekabr 15:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31