Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır
15.12.2025 [17:48]
Türkiyə vasitəçilik sahəsində dünya liderlərdən biridir. Ankara Qırmızı dənizdən tutmuş Balkanlar və Cənubi Asiyaya qədər geniş bir məkanda mübahisələrin həllinə fəal şəkildə töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada “Sülh, sabitlik və inkişafa yönəlmiş xarici siyasət” mövzusunda keçirilən 16-cı Səfirlər Konfransının iştirakçılarına müraciət edərək bildirib.
H.Fidan vurğulayıb ki, Ankara Ukraynada qan tökülməsinin ilk günündən bəri “ədalətli sülhdən uduzanın olmayacağ”ını bildirir.
O bildirib ki, İstanbul Kiyev ilə Moskva arasında fəal danışıqlar üçün yeganə platforma olub və olaraq qalır. “Türkiyədə dialoqun təşkili faktının özü Türkiyə diplomatiyasına etimadın nümayişidir”, - deyə nazir bildirib.
Türk dövlətləri ilə qarşılıqlı əlaqə mövzusuna gəldikdə, H.Fidan qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr “yeni həmrəylik dövrü” qurmaq üçün addımlar atırlar.
Xarici işlər naziri xatırladıb ki, gələn il Türkiyə Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısına ev sahibliyi edəcək, onun çərçivəsində təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.
Nazir qeyd edib ki, tarix və təcrübə xalqın və dövlətin qarşısında duran çətinliklərin və təhdidlərin heç vaxt bitmədiyini sübut edir. “Bu baxımdan, ölkənin qarşısında duran problemləri həll etməyə imkan verən Türkiyə diplomatiyasının gücü və zəngin təcrübəsi xüsusilə vacibdir”, - deyə nazir vurğulayıb.
H.Fidan vurğulayıb ki, Türkiyə Xarici İşlər Nazirliyinin məqsədi dövlətin maraqlarının qorunması və gücləndirilməsi olub və bu, belə də qalır. “Beynəlxalq münasibətlər sistemində böhran və problemlərin həlli mexanizmlərinin “iflic” olduğu bir dövrdə sülh və sabitlik naminə diplomatik vasitələrdən fəal şəkildə istifadə etməyə borcluyuq”, - deyə türkiyəli nazir davam edib.
Türkiyə xarici işlər naziri etibarlı informasiya mənbələrinə əsaslanan reallıqların strateji təhlilinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19

