Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tailandda kranın qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı 28-ə çatıb

Tailandda kranın qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı 28-ə çatıb

14.01.2026 [16:39]

Tailandın Nakhon Ratçasima əyalətində qaldırıcı kranın hərəkətdə olan qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı 28-ə çatıb.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, səhər erkən saatlarda Sixio rayonunda baş verən qəza nəticəsində 64 nəfər xəsarət alıb.

Banqkok-Ubonratçathani marşrutu üzrə hərəkət edən qatar dəmir yolunda inşaat işləri aparılan hissədən keçərkən kran onun üzərinə aşıb. Qatarın 2-ci və 3-cü vaqonu relsdən çıxaraq aşıb və yanğın baş verib. Hazırda qəza yerində yanğının tam söndürülməsi və itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

Qatarda təxminən 200 sərnişin olub. Xilasetmə qrupları sağ qalanları təxliyə edib.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Müsahibə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28