Fransız iqtisadçısı İsveç milyarderləri üçün xüsusi vergi tətbiq etməyi təklif edir
03.04.2026 [14:34]
Fransız iqtisadçı, professor və “EU Tax Observatory” rəhbəri Qabriel Zukman İsveç milyarderləri də daxil olmaqla, supervarlılar üçün xüsusi vergi tətbiq etməyi təklif edib.
AZƏRTAC xəbər verir ki, o, İsveçə səfəri zamanı “Milyarder vergisi” kitabını təqdim edib və islahatın zəruriliyini izah edib. Təklifin mahiyyəti ondan ibarətdir ki, gəlir vergisindən əlavə, aktivləri 1 milyard krondan (təxminən 93 milyon dollar) çox olan şəxslərin sərvətinə illik 2 faiz vergi tətbiq olunsun. Zukman hesab edir ki, bu bərabərsizliyi azaltmağa və büdcə gəlirlərini artırmağa imkan verəcək.
“Milyarderlərin digərlərindən daha az vergi ödədiyi bir vəziyyəti qəbul etmək qanun qarşısında bərabərlik prinsipinə ziddir. Həddindən artıq sərvət həm də həddindən artıq güc deməkdir”, – deyə o bildirib. İqtisadçı vurğulayır ki, sərvətin konsentrasiyası artsa da, milyarderlər orta təbəqə ilə müqayisədə xeyli az vergi ödəyirlər. Onun qiymətləndirmələrinə görə, İsveçdə belə bir tədbir təxminən 500 ev təsərrüfatına təsir edərdi.
“Hazırda paradoksal vəziyyət yaranıb: orta təbəqə gəlirinin təxminən 50 faizini, gəlir vergisi, sosial təminat haqları, ƏDV və digər vergilər şəklində ödəyir, milyarderlər isə yalnız 15 faiz ödəyir. Bu, normadan ciddi sapmadır”, – deyə 39 yaşlı iqtisadçı bildirib.
Tənqidçilər kapitalın xaricə çıxma risklərini və belə tədbirlərin səmərəsizliyini qeyd edirlər, lakin Zukman hesab edir ki, bu problemlər siyasət alətləri vasitəsilə həll oluna bilər.
Fransanın ən varlı şəxslərindən biri, LVMH qrupunun sahibi və 195 milyard avro sərvəti olan Bernar Arno Zukmanı solçu ekstremist adlandırıb. İşəgötürənlər təşkilatları da təklif olunan vergiyə qarşı etiraz aksiyaları keçiriblər.
“Milyarderlər bu ideyanı dəstəkləmirlər, çünki mövcud sistem onlara sərf edir; burada onlar öz dünyalarında yaşayır və ümumi xərclərin maliyyələşdirilməsinə iştirak etmirlər”, – deyə iqtisadçı tənqidlərə cavab verib.
Xəbər lenti
Hamısına baxGündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17

