Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Venesuelaya tətbiq edilən 1861 sanksiyadan yalnız 18-i ləğv olunub

Venesuelaya tətbiq edilən 1861 sanksiyadan yalnız 18-i ləğv olunub

30.04.2026 [19:25]

Venesuelaya qarşı tətbiq edilən 1861 sanksiyadan hələlik yalnız 18-i ləğv olunub. Lakin Karakas artıq bunun müəyyən müsbət təsirini hiss edir.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib. Onun sözlərinə görə, yeni bir dinamika, ölkənin iqtisadi inkişafının sürətlənməsi göz qabağındadır. “Nifrət və qarşıdurma səhifəsini çevirməliyik. İndi ortaq məxrəc tapmağın vaxtıdır”, - deyə Rodriges vurğulayıb.

Yanvarın əvvəlində ABŞ Nikolas Maduronu xüsusi əməliyyatla devirdikdən sonra Vaşinqton Venesuelanın neft-qaz və mədən sektorlarına, eləcə də maliyyə sisteminə qarşı sanksiyaları yumşaldıb. Bu tədbirlər ölkə hakimiyyətinə “Eni”, “Repsol” və bp kimi transmilli şirkətlərlə müqavilələr bağlamaq, habelə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə münasibətləri bərpa etmək imkanı verib.

Müvəqqəti Prezident Delsi Rodriges ABŞ administrasiyasına və Avropa hakimiyyət orqanlarına müraciət edərək Venesuelaya qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb. O qeyd edib ki, mindən çox sanksiya ölkə iqtisadiyyatına boğucu təsir göstərib.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31