Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Hindistan xaricdə saxlanılan qızıl ehtiyatlarını sürətlə ölkəyə qaytarır

Media: Hindistan xaricdə saxlanılan qızıl ehtiyatlarını sürətlə ölkəyə qaytarır

12.05.2026 [10:35]

Hindistan Ehtiyat Bankı xarici ölkələrin xəzinələrində saxlanılan qızıl ehtiyatlarını sürətlə geri qaytarır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of India” GTRI analitik mərkəzinin məlumatlarına istinadla yazıb.

Məlumata görə, 2023-cü ildə Hindistanın ümumi qızıl ehtiyatlarının təxminən 38 faizi ölkə daxilində saxlanılırdısa, 2026-cı ilin mart ayınadək bu göstərici təxminən 77 faizə yüksəlib.

Qəzet qeyd edir ki, hindistanlı iqtisadçılar qızıl ehtiyatlarının yenidən bölüşdürülməsini bir neçə səbəblə izah edirlər. Bunlar arasında 2022-ci ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra aktivlərin dondurulması riskinin artması da yer alır.

Bundan əlavə, Yaxın Şərq regionunda davam edən münaqişələrin Hindistanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsi zərurətini artırdığı və qızıl ehtiyatlarının geri qaytarılması prosesini sürətləndirdiyi bildirilir.

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31