Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan 15 minədək məhkuma amnistiya tətbiq etməyi planlaşdırır

Qazaxıstan 15 minədək məhkuma amnistiya tətbiq etməyi planlaşdırır

03.06.2026 [21:08]

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə əlaqədar 15 mindən çox məhkumun əfv olunması nəzərdə tutulur.

AZƏRTAC Qazaxıstanın Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini və Cəzaların İcrası Komitəsinin sədri Abay Kaiyrbekov məlumat verib. Onun sözlərinə görə, əfv 5 mindən çox həbsdə olan və 10 mindən çox probasiya nəzarətindəki şəxsi əhatə edə bilər. Əvvəlki əfv şərtlərini pozaraq təkrar cinayət törədən şəxslər isə bu prosesdən kənarda qalacaqlar.

Bildirilib ki, ötənilki əfv nəticəsində 2 mindən çox məhbus azadlığa buraxılıb, 15 mindən çox şəxsin isə cəza müddəti azaldılıb.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30