Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
09.06.2026 [23:25]
Fransada dəmiryol işçilərinin dörd əsas həmkarlar ittifaqının çağırışı ilə iyunun 10-da ümummilli tətil keçiriləcək. Bu tətilin ölkənin Dəmir Yolları Milli Şirkətinin (SNCF) şəbəkəsində genişmiqyaslı problemlərə səbəb olacağı, “TGV”, “Intercites”, “Ouigo” və digər regional qatarların hərəkətini pozacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, çərşənbə günü qatarla səyahət etməyi planlaşdıran sərnişinlərə səfərdən əvvəl reyslərinin vəziyyətini yoxlamaq tövsiyə olunur. Dəmir yolu sektorunun əsas həmkarlar ittifaqları olan “Sud-Rail”, “UNSA”, “CGT” və “CFDT” tərəfindən elan edilmiş tətil SNCF-nin fəaliyyətinə ciddi təsir göstərəcək.
Tətilin əsas səbəbi SNCF-də həyata keçirilən struktur dəyişiklikləridir. Həmkarlar ittifaqları bildirir ki, şirkətdə aparılan yenidənqurma prosesləri dəmiryol işçiləri arasında ciddi sosial problemlərə səbəb olur.
İttifaqlar, həmçinin əməkhaqlarının artırılmasını tələb edir və bu məsələ ilə bağlı rəhbərliklə real danışıqların başlanmasını istəyir. “ Tələblərimiz məlumdur. Şirkət rəhbərliyi bu məsələlərə mümkün qədər tez cavab verməlidir”, – deyə həmkarlar ittifaqlarının birgə bəyanatında bildirilib.
SNCF isə tətillə bağlı müxtəlif xətlər üzrə gözlənilən dəyişikliklərə dair ilkin proqnozunu açıqlayıb. Məlumata görə, orta hesabla hər üç TGV reysindən biri ləğv olunacaq. Bu məhdudiyyətlər “TGV Inoui”, “Ouigo”, eləcə də “TGV Lyria” qatarlarına şamil ediləcək.
Tətilin regional nəqliyyata təsirinin isə daha ciddi olacağı bildirilir. SNCF-nin açıqlamasına əsasən, gündüz və gecə reysləri daxil olmaqla, “Intercites” qatarlarının yalnız yarısı hərəkətdə olacaq.
Bu səbəbdən “Transilien SNCF Voyageurs” və “Île-de-France Mobilites” qurumları imkan daxilində sərnişinlərə qatar səfərlərini təxirə salmağı tövsiyə edib.
Qeyd edək ki, Fransanın keçmiş Baş naziri Jan Kasteks 2025-ci ilin sonundan SNCF-yə rəhbərlik edir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

