Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada inflyasiya artıb

Fransada inflyasiya artıb

12.06.2026 [14:41]

Fransada istehlak qiymətləri inflyasiyası artmaqda davam edir. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) cümə günü açıqladığı ilkin hesablamalara görə, may ayında illik inflyasiya 2,4 faiz təşkil edib. Aprel ayında bu göstərici 2,2 faiz idi.

AZƏRTAC xəbər verir ki, inflyasiyanın artması əsasən enerji qiymətlərinin sürətlənməsi ilə izah olunur.

Xüsusilə may ayında qaz qiymətlərindəki artım bu tendensiyaya təsir göstərib - enerji qiymətləri 11,3 faiz artıb.

“İnsee”nin məlumatına görə, xidmət sektorunda da qiymət artımı inflyasiyanı dəstəkləyib, lakin bu, daha zəif templə baş verib: May ayında xidmətlər 2,1 faiz bahalaşıb, apreldə isə bu göstərici 1,8 faiz idi.

Qida məhsullarının qiymətləri, eləcə də sənaye malları və tütün məhsullarının qiymətləri isə illik müqayisədə əvvəlki ayla eyni templə artmağa davam edib.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30