Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Litva hökuməti iyunun 23-də istefa verəcək

Litva hökuməti iyunun 23-də istefa verəcək

18.06.2026 [22:16]

Litva hökuməti iyunun 23-də istefa verəcək.

AZƏRTAC “Delfi” portalına istinadla xəbər verir ki, Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi kabinetin istefası planlaşdırılır. Məlumata görə, yeni hökumətin formalaşdırılması siyasi dəyişikliklər fonunda baş verir.

Bildirilib ki, yeni hökumət formalaşdırıldıqdan sonra hakim Litva Sosial Demokrat Partiyası doqquz nazirliyə nəzarəti saxlayacaq. Litva Uğrunda Demokratlar Partiyası üç, Fermerlər və Yaşıllar Birliyi isə iki nazir postu əldə edəcək.

Qeyd olunur ki, yeni koalisiyanın yaradılması zərurəti sosial demokratların iyunun 6-da “Nemunas üzərində Şəfəq” partiyası ilə əməkdaşlığı dayandırmaq qərarından sonra yaranıb.

Hakim Sosial Demokrat Partiyasının sədri Mindauqas Sinkeviçus yeni hökumətdə Baş nazir vəzifəsini tutacağını açıqlayıb. O, 2024-cü il parlament seçkilərindən sonra Litvanın üçüncü hökumət başçısı olacaq.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31