Ermənistanda yeni pensiya sisteminə qarşı etirazlar genişlənir
13.02.2014 [09:04]
İşğalçı ölkədə məcburi sığorta pensiya sistemi əleyhinə narazılıqların davamlı etiraz aksiyalarına çevrilmə ehtimalı yüksəkdir
Hazırda Sarkisyan hakimiyyətinin yürütdüyü siyasət Ermənistanı sosial-iqtisadi cəhətdən çıxılmaz vəziyyətə salıb. Hökumət isə aclıq və səfalət içində olan insanların iş axtarmaq üçün başqa ölkələrə miqrasiyasının qarşısını almaq iqtidarında deyil. Əksinə, hakimiyyət dairələri vətəndaşların və dövlətin maraqlarını düşünmək əvəzinə, qanunsuz yollarla əldə etdikləri iqtidarda qalmaq və varlanmaq üçün bütün vasitələrə əl atırlar. Digər tərəfdən, mövcud problemlərin həlli üçün Sarkisyan hakimiyyətinin hər hansı konsepsiya va ya tədbirlər planını işləmək iqtidarında olmaması xalqın son ümidlərini də puç edib.
Sosioloji araşdırmalar göstərir ki, işğalçı ölkəni tərk edənlərin sayı artmaqda davam edir. Mühacirətin səbəbləri isə yalnız işsizlik deyil, həm də sosial bərabərsizlik, korrupsiya, hakim dairələrin yaxın ətrafı və oliqarxlar tərəfindən kiçik və orta biznesin inkişafının əngəllənməsi, ədliyyə sisteminin ədalətsizliyi, idarəetmə mexanizmində süründürməçilik və başqa ictimai, sosial, iqtisadi və mənəvi problemlərdir. Bir sözlə, qocaların acından ölməyə məhkum olunduğu, əmək qabiliyyətinə malik vətəndaşların işsizlikdən baş götürərək ölkədən qaçdığı, məmurların bank hesablarının xalqdan qarət edilən pullar hesabına doldurulduğu ölkədə yaşamaq heç bir erməninin ürəyincə deyil.
Ermənistanda daxili miqrasiya da əksinə dövr edir. Belə ki, bu gün vaxtı ilə yaxşı yaşayış və iş imkanlarına görə bölgələrdən şəhərə gələnlər də indi çarəsizlikdən geri qayıtmağa məcburdurlar. “Geri qayıdanlar” arasında yaşlılar əksəriyyət təşkil edir. Təqaüdçülər arasında əyalətlərdə, kənd yerlərində yaşayanların vəziyyəti bir qədər yaxşı sayıla bilər. Şəhərlərdə və xüsusilə də, paytaxtda yaşayan təqaüdçülərin vəziyyəti isə daha ağırdır. Sarkisyan hakimiyyəti isə, Ermənistanda qocaların, başqa sözlə, təqaüd yaşına çatmış və ya yaşı daha çox olanların qarşılaşdıqları problemlərin həllində heç bir yeniliyə, irəliləyişə nail olmayıb. Lakin işğalçı ölkədəki vəziyyəti qocalar üçün ağırlaşdıran ən başlıca məqam problemlərin həlli əvəzinə, günbəgün kəskinləşməsidir. Çünki bütün mal və xidmətlərin qiymətləri fasiləsiz olaraq bahalaşdığı bir zamanda maaş, təqaüd və müavinətlərin artırılması müşahidə olunmur. Əksinə, 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli olan məcburi sığorta pensiya sistemi haqqında yeni qanun ətrafında etiraz dalğaları genişlənməkdədir. Belə ki, artıq yeni qanun layihəsi işğalçı ölkə üçün strateji əhəmiyyət kəsb edən bir sıra müəssisələrdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Qeyd edək ki, yerli KİV-in məlumatına görə, ötən həftə Metsamor Atom Elektrik Stansiyası, bu həftə isə Cənubi Qafqaz dəmir yolları şirkətinin əməkdaşları müəssisələrin inzibati binası qarşısında piket təşkil ediblər. Onlar rəhbərliyi pensiya fonduna köçürülmək məqsədilə əməkhaqqının tutulmuş 5 faizi qaytarılmasa, tətilə başlayacaqları ilə hədələyiblər. Dəmiryolçular “pullarımızı qaytarın” deyərək yeni pensiya sistemi əleyhinə şüarlar səsləndiriblər. Həmçinin, Masis, Hrazdan kimi bölgələrdən dəmiryolçular iş prosesini dayandıraraq öz tələblərini Cənubi Qafqaz dəmir yolları şirkətinin rəhbərliyinə çatdırmaq üçün Yerevana gəliblər. Lakin 4 saat ərzində həmkarlar komitəsinin rəhbərindən başqa, onların qarşısına çıxan olmayıb.
Bundan başqa, bu həftənin bazar ertəsi Spendarian adına Akademik Opera və Balet Teatrının aktyorları maaşlarının 5 faizinin tutulmasına qarşı etiraz edərək səhnəyə çıxmayıblar.
Onu da bildirək ki, vətəndaş fəallarının təzyiqi və parlamentin 4 müxalif fraksiyasının müraciətdən sonra Konstitusiya Məhkəməsi qanunun bir sıra müddəalarının ölkə konstitusiyasına uyğun olmadığını və onların dəqiqləşdirilməsini tələb edib.
SEVİNC
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

