Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qvatemalada Fueqo vulkanının aktivləşməsi səbəbindən ətraf ərazilərin sakinləri təxliyə edilir

Qvatemalada Fueqo vulkanının aktivləşməsi səbəbindən ətraf ərazilərin sakinləri təxliyə edilir

05.08.2026 [20:47]

Qvatemalada Fueqo vulkanının aktivləşməsi ilə əlaqədar ətraf ərazilərin sakinlərinin təxliyə edilməsi barədə göstəriş verilib.

AZƏRTAC xəbər verir ki, ölkənin Qvatemala Fövqəladə Hallar İdarəsinin yaydığı açıqlamada paytaxtdan təxminən 50 kilometr cənub-qərbdə yerləşən Fueqo vulkanının aktivləşdiyi bildirilib. Qeyd olunub ki, gün ərzində püskürmənin intensivliyi tədricən artıb və vulkanın yaxınlığında yerləşən iki kəndin sakinlərinin təxliyə olunması barədə qərar qəbul edilib.

“Narıncı” səviyyədə təhlükə elan edilib və külün ətraf ərazilərə yayılmasının mümkünlüyü barədə xəbərdarlıq olunub.

Əraziyə yaxın magistral avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb, yaxınlıqdakı məktəblərdə isə tədris prosesi dayandırılıb.

Fueqo Mərkəzi Amerikanın aktiv vulkanlarından biri hesab edilir. 2018-ci ildə bu vulkanın püskürməsi nəticəsində təxminən 200 nəfər həlak olub.

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30