Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropanın 80-dək səhiyyə təşkilatı Aİ-ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

Avropanın 80-dək səhiyyə təşkilatı Aİ-ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06.08.2026 [21:39]

Avropanın 80-dək səhiyyə təşkilatı Avropa İttifaqını (Aİ) əhalinin ekstremal istilərdən qorunması üçün hüquqi baxımdan məcburi tədbirlər qəbul etməyə çağırıb.

AZƏRTAC “Deutschlandfunk” radiosuna istinadla bildirir ki , Almaniya Federal Həkimlər Palatasının da imzaladığı bəyanatda ekstremal istilərin ciddi transsərhəd sağlamlıq təhlükəsi kimi tanınmasının vacibliyi vurğulanıb. Bəyanatda Aİ səviyyəsində “İstidən mühafizə planı”nın hazırlanması və fövqəladə maliyyə fondunun yaradılması təklif edilib. Bildirilib ki, bu fondun vəsaiti hesabına xəstəxanalar, qocalar evləri, uşaq bağçaları və məktəblərin iqlim dəyişikliklərinin təsirlərinə daha davamlı vəziyyətə gətirilməsi mümkün olacaq.

Səhiyyə təşkilatları, həmçinin əməyin mühafizəsi qaydalarının gücləndirilməsini və yaşayış binalarında sağlamlıq üçün təhlükəsiz daxili temperaturun təmin olunmasını tələb ediblər.

Qeyd edək ki, xüsusilə bu yay Avropada normadan artıq istilər müşahidə edilməkdədir. Almaniyanın Robert Kox İnstitutunun hesablamalarına görə, bu il iyulun ortalarınadək ölkədə yüksək temperatur nəticəsində təxminən on minə yaxın insan həyatını itirib.

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30