Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniyada iqtisadi artım yavaşlayıb

Böyük Britaniyada iqtisadi artım yavaşlayıb

13.08.2026 [23:05]

Böyük Britaniya iqtisadiyyatında artım ilin ikinci rübündə yavaşlayıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, aprel-iyun aylarında ölkə iqtisadiyyatı 0,4 faiz böyüyüb.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, ilin ilk rübündə iqtisadi artım 0,6 faiz təşkil etmişdi. İqtisadi artım tempinin zəifləməsinə ABŞ-İran müharibəsinin qlobal maliyyə bazarlarına təsiri fonunda baş verən proseslərin də təsir etdiyi bildirilir.

ONS-in iqtisadi statistika üzrə direktoru Liz MakKeoun bildirib ki, ikinci rübdə iqtisadi artım yavaşlasa da, nisbətən dayanıqlı olaraq qalıb. Onun sözlərinə görə, iyun ayında da iqtisadi artımın əsas hərəkətverici qüvvəsi xidmət sektoru olub. Bəzi müəssisələr əlverişli hava şəraiti və idman tədbirlərinin həmin ay fəaliyyətə müsbət təsir göstərdiyini bildiriblər.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31