Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

22.08.2026 [21:59]

Yaponiyanın aparıcı müdafiə sənayesi şirkəti “Mitsubishi Heavy Industries” süni intellekt texnologiyalarından istifadə etməklə müxtəlif tipli döyüş pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, şirkətin artıq sınaqdan keçirdiyi dron-interseptor (drontutan PUA) hava hücumundan müdafiə sistemlərində istifadə üçün nəzərdə tutulub. Mövcud texnologiyalar əsasında hazırlanan aparatın yaradılmasına cəmi üç ay vaxt sərf olunub və onun kütləvi istehsala tam hazır olduğu qeyd edilir.

“Mitsubishi Heavy Industries” şirkətinin prezidenti Ey¬saku İto bildirib ki, korporasiya Yaponiya Müdafiə Nazirliyinə müxtəlif tipli hərbi dronlar təklif etmək və onların istehsalını qısa müddətdə ərsəyə gətirmək niyyətindədir.

Yaponiyanın digər müdafiə sənayesi şirkəti “Kawasaki Heavy Industries” isə “Airbus” ilə birgə sualtı qayıqların izlənməsi üçün pilotsuz aparat hazırlayıb. Şirkət həmin PUA-ları ölkənin Hərbi-Dəniz Qüvvələrinə tədarük etməyi planlaşdırır.

Bundan başqa, Yaponiyanın “Rakuten” ticarət-investisiya qrupu Almaniyanın hərbi texnologiyalar şirkəti “Helsing” ilə əməkdaşlıq edir. Tərəflər süni intellekt texnologiyalarına əsaslanan döyüş dronlarının hazırlanması və gələcəkdə onların Yaponiyada kütləvi istehsalının təşkili imkanlarını nəzərdən keçirirlər.

“Helsing” Qərbdə süni intellekt sistemləri ilə təchiz edilmiş zərbə dronlarının hazırlanması üzrə aparıcı şirkətlərdən biri hesab olunur. “Rakuten” qrupu isə Yaponiyanın Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edir və daha əvvəl ölkənin Silahlı Qüvvələrini mobil rabitə sistemləri ilə təmin edib.

Qeyd olunur ki, bu layihələrin genişləndirilməsi Tokionun ən yeni texnologiyalardan istifadə etməklə hərbi potensialını modernləşdirmək siyasəti ilə bağlıdır.

Yaponiya Müdafiə Nazirliyinin 2027-ci maliyyə ili üçün rekord həcmdə - 8,9 trilyon yen (hazırkı məzənnə ilə 56,3 milyard ABŞ dolları) büdcə tələb etməsi gözlənilir. Müvafiq əlavə xərclər nəzərə alındıqda, ölkənin müdafiə sahəsinə ayırdığı vəsaitin 10,6 trilyon yeni (67,08 milyard ABŞ dolları) ötəcəyi bildirilir.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31