Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

22.09.2026 [19:45]

Fransada gənclər sentyabrın 26-da ölkə üzrə iqlim şəraiti ilə bağlı yürüşlərə çıxmaqla bağlı çağırış ediblər.

AZƏRTAC xəbər verir ki, həmin gün ölkənin Paris, Lion, Bordo, Renn, Strasburq, Lill və başqa şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

“Liberation” qəzetində dərc olunan məqalədə “26 sentyabr hərəkatı” iqlim böhranına qarşı təcili tədbirlər görülməsini tələb edib.

Vurğulanıb ki, son 30 ildə iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülən tədbirlər problemin miqyasına uyğun olmayıb, çirklənmə və ekoloji fəlakət daha da genişlənib.

“26 sentyabr hərəkatı” Fransa Prezidenti Emmanuel Makrona da açıq məktubla müraciət edib. Hərəkatın 40 mindən çox üzvü iqlim üzrə fövqəladə fəaliyyət, həmçinin iqlim dəyişikliklərinə uyğunlaşma və təsirlərin azaldılması üzrə planların hazırlanmasını tələb edir.

Müraciəti mindən çox təşkilat dəstəkləyib.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30